Əlaqə Arxiv
news Image
2014.11.14
09:40
| A A A
Ən böyük fəlakətlər

Bəşəriyyət bütün həyatı boyu çoxlu sayda böyük fəlakətlərlə- nəqliyyat, terrorçuluq, texnogen, ekologiya və digər- üz-üzə qalıb.

XX əsrin ən böyük fəlakəti ən böyük gəminin məhvi ilə əlaqədardır. 1912-ci ildə "Titanik" gəmisi Atlantik okeanında batıb. Yeni gəmi təhlükəsiz hesab edilib, lakin özünün ilk səyahətində aysberqlə toqquşub. Fəlakət nəticəsində 1500 nəfər həlak olub, 700-ə yaxın adamı isə xilas etmək mümkün olub.

Ən böyük texnogen fəlakət Çernobıl AES-dəki qəzadır. Bu hadisə 1986-cı ildə Ukraynada baş verib. Çernobıl AES-də reaktor partlayıb və güclü partlayış nəticəsində radioaktiv maddələr Avropaya yayılıb.

Yüzilliyin bu ən güclü fəlakətinin nəticələrini aradan qaldırmaq üçün bir neçə həftə vaxt və minlərlə insanın köməyi lazım olub. Çoxlu sayda insan radiasiya alıb və həyatlarını itiriblər. Dərhal ölməyənlər isə, onkoloji xəstəliklərə tutulublar. Qurbanların təqribi sayı 120 min nəfərə çatıb.

"Bola" qasırğası da dünyada ən böyük fəlakətlərdən hesab edilir. O, 1970-ci ildə Hindistan və Pakistanda baş verib və bütün bəşəriyyət tarixində ən öldürücü qasırğa olub. Bu qasırğa zamanı bir neçə milyon insan ölüb. Qeyd etmək lazımdır ki, qasırğanın sürəti anomal olmayıb, lakin onun yaratdığı dalğalar çoxlu sayda kənd və adaları su altında qoyub.

Hind okeanında daha bir sunami 2004-cü ildə baş verib. Sudakı ən böyük fəlakət 150 min insanın ölümünə səbəb olub. Bu zaman 11 ölkənin sakinləri ziyan çəkiblər. Yeraltı təkanlar nəticəsində əmələ gələn sunami ən çox ölümə səbəb olan sunami hesab edilir.

Daha bir ən böyük terrorçuluq fəlakəti 2001-ci il sentyabrın 11-də ABŞ-da baş verib. Terror aktı zamanı üç minə yaxın insan həyatını itirib. Iki təyyarə Nyu-Yorkun mərkəzində yerləşən ticarət mərkəzinin 110 mərtəbəli binasına çarpılıb.

Sizin Reklam Yeriniz