Əlaqə Arxiv
news Image
2014.11.15
09:39
| A A A
Robotların intellekti insan şüuru ilə nə vaxt eyni olacaq?

Bu hadisə alimlərin əksəriyyəti tərəfindən çox əhəmiyyətli hadisə kimi qeyd edilsə də, bir çoxları hesab edir ki, o, bəşəriyyət tarixinin sonu ola bilər. Oksford Universitetinin Bəşəriyyətin Gələcəyi İntitutunun direktoru Nik Bostrom özünün "Superintellekt: İnkişaf yolları, Təhlükələr, Strategiyalar" adlı yeni kitabında elmi-tədqiqat cəmiyyətinin süni intellekt (Aİ) haqqında ən yaxşı proqnozunu verir. Budur, tədqiqatçılar tərəfindən bu sahədə ən nüfuzlu 170 alimin iştirakı ilə keçirilmiş tədqiqatın ümumi nəticələri belə alınıb: 10% hesab edir ki, robotların intellekti 2022-ci ildə eyniləşəcək; 50% güman edir ki, bu, 2040-cı ildə baş verəcək və 90% bildirir ki, robotlar insanlardan,haradasa, 2075-ci ildə ağıllı olacaq. Insan şüuru səviyyəsində robot intellekti dedikdə "insana aid, ən azı, insanlar üçün səciyyəvi olan peşələrin əksəriyyətini yerinə yetirmək" nəzərdə tutulur. Bu təyinata görə, biz bu cür proqnozlara təəccüblənməməliyik. Robotlar və alqoritmlər artıq bazarı qlobal işçi qüvvəsi ilə sıxışdırmağa başlayıb. Gündəlik işləri yerinə yetirən rəqəmli robotlar çoxalmağa başlayır: fermerlər, telemarketoloqlar, fond ticarətçiləri, kredit müəssisələrinin əməkdaşları, hüquqşünaslar və jurnalistlər – onların hamısı artıq kürəkləri arxasında özlərinin yeni avtomatlaşdırılmış həmkarlarının təpkisini hiss edirlər. Bostrom gündəlik işlərin təkrarlanmasını intellektual fəaliyyət hesab etmir. O, intellekt haqqında intuisiya və məntiqin kombinasiyası kimi danışır. Bu cür şüur növünü ətraf mühit onun qeyri-müəyyənliyinin öhdəsindən gələrək dərk və hiss edə bilər. Insanın nailiyyətində ən maraqlı intellekt səviyyəsi nailiyyətin özü yox, gələcəkdə nə baş verəcəyidir. Robotlar fikirləşə və özləri-özlərini daha yaxşı edə bilərlərsə, onların son hüdudu yalnız SkyNet ola bilər. Bu məntiqdə superintellekt "insanın idrak işini əhəmiyyətli dərəcədə artıraraq, praktiki olaraq, bütün maraq sahələrində təmsil etməklə" müəyyən edilir. Alimlərin 10 faizi hesab edir ki, superintellekt bir neçə ildən sonra yaranacaq; respondentlərin 75 faizi güman edir ki, bu 30 ildən sonra baş verəcək. Ixtiraçı və Tesla-nın baş icraçı direktoru Elon Maks xəbərdarlıq edir ki, superintellkektə malik robotlar, mümkündür ki, bəşəriyyətin mövcudluğu üçün çox böyük təhlükə yaratsın. Eyni zamanda bu texnologiya ilə məşğul olan nüfuzlu alimlər artıq bu əsrin ortalarına kimi insanın intellektual üstünlüyünün sonu olacağaını proqnozlaşdırırlar. "AI-in hazırlanmasında uğur bəşəriyyət tarixində çox böyük hadisə olacaq"- nəzəriyyəçi fizik Stiven Hokinq yazır. "Amma bu, həmçinin bəşəriyyət tarixində sonuncu hadisə də ola bilər".

Sizin Reklam Yeriniz