Əlaqə Arxiv
news Image
2014.11.15
09:50
| A A A
Ananın təhsil səviyyəsi uşağın uğuruna təsir edir

Miçiqan Universitetindən olan alimlər 1998-ci ildə məkətəbə gedən və 2007-ci ilin yazına kimi tədqiqatda iştirak edən uşaqların göstəricilərini araşdırıblar. Tədqiqatçılar 14239 halda iştirakçıların üçüncü, beşinci və səkkizinci sinifdə riyaziyyat və oxu üzrə orta balını biliblər. Onlar anaların öz uşaqlarından gözlədikləri müvəffəqiyyəti, ailənin gəlirini və digər amilləri nəzərə alıblar. Tədqiqatçılar müəyyən ediblər ki, uşaqları 19 və daha çox yaşlarda doğan ananın övladları, bir qayda olaraq, uşaq bağçalarında daha çox müvəffəqiyyətli olublar. Bundan başqa, onlarda oxu və riyaziyyat qabiliyyəti 18 və daha az yaşlarda uşaq doğan anaların övladlarına nisbətən daha çox inkişaf edib. Beləliklə, yeniyetmə yaşında uşaq doğmaq uşağın və hətta onun gələcək uşaqlarının nailiyyətinə mənfi təsir göstərir. Doğuşdan sonra təhsilini davam etdirən yeniyetmə anaların uşaqlarının müvəffəqiyyəti daha yaxşı olub. Bununla belə, nə bu uşaqların özü, nə də onların qardaş və bacıları müvəffəqiyyət baxımından öz həmyaşıdlarına çata bilməyiblər. Onlar, hər halda, anaları təhsilini başa çatdıran uşaqlara nisbətən pis oxuyublar. Alimlər həmçinin müəyyən ediblər ki, yeniyetmə yaşında uşaq doğan anaların nailiyyəti orta məktəb və universitetlərdə uşağı gec dünyaya gətirən analara nisbətən zəif olub.







Sizin Reklam Yeriniz