Əlaqə Arxiv
news Image
2014.11.17
13:15
| A A A
"BlackBerry"dən yeni telefon gəlir!

Ötən aylarda bazara çıxarılan və istifadəçilər tərəfindən bəyənilən" BlackBerry Passport"la ağıllı telefon bazarına möhkəm dönüş edən Kanadalı telefon istehsalçısı BlackBerry, il bitmədən ikinci ağıllı telefonunu da bazara çıxarmağa hazırlaşır.


Movqe.az xəbər verir ki, dünən təşkil edilən BES 2014 konfransı əsnasında ağıllı telefon sahəsindəki işlərinə toxunan BlackBerry, maraqla gözlənilən yeni ağıllı telefonu BlackBerry Classic-in çıxış tarixini rəsmi olaraq açıqlayıb.


Telefonun 17 dekabrda satışa çıxarılacağı deyilib.


İndidən 450 dollara ön sifariş verilə bilən BlackBerry Classic, 17 dekabrda New York, Frankfurt və Sinqapurda eyni vaxtda təşkil ediləcək fəaliyyətlə istifadəçilərlə görüşəcək.

Sizin Reklam Yeriniz