Əlaqə Arxiv
news Image
2014.11.18
09:21
| A A A
Fikrin gücü ilə mətni yığmaq üsulu hazırlanıb

Olbanidəki Uodsvort Mərkəzindən (ABŞ) olan tədqiqatçı Conatan Uolpou fikrin gücü ilə kompüter mətni yığmağa imkan verən üsul hazırlayıb. Alimin sözlərinə görə, üsul, ilk növbədə, tam iflic olmuş insanlara lazımdır.

Sistem kifayət qədər sadədir: bu, üzgüçülük papağına bənzəyən kompüter papağından ibarətdir və onun deşilmiş parçası elektrod geli ilə ilə doldurulub.

Sistemdən istifadə edən insan diqqətini ekrandakı hərflərə cəmləyərək onun elektrodlarını daha çox diqqət yetirilən hərfləri ekrana çıxardığını müəyyənləşdirməyə məcbur edir.

Hələlik, "çap etmə" prosesi ləng gedir: sistemin hərflər üzrə pasientin diqqətini qeydə alması üçün on beş saniyədən az vaxt lazımdır. Buna baxmayaraq, bu göstəricilər də bütün bədəni iflic olmuş xəstələr üçün böyük uğur deməkdir.



Sizin Reklam Yeriniz