Əlaqə Arxiv
news Image
2014.11.18
17:00
| A A A
"Məşhur rəssam intihar etmədi, öldürüldü" - İddia

Bir məhkəmə tibb eksperti, özünü vuraraq intihar etdiyinə inanılan məşhur rəssam Vinsent van Goghun öldürülmüş ola biləcəyini iddia edib.


Odlu silah yaralanmaları mövzusunda mütəxəssis olan Doktor Vincent Di Maio,  məşhur rəssamın inanıldığı kimi öz-özünü sinəsindən vurmasının mümkün olmadığını söyləyib. "Vanity Fair"ə danışan tibb mütəxəssisi, Van Goghun bədənindəki ölümcül xəsarətin özü tərəfindən atəş açdığı bir silahdan qaynaqlanırmış kimi görünmədiyini deyib.

Doktor Di Maio, sol tərəfindən vurulan Van Goghun özünü sol əliylə vurmasının çox çətin olduğunu, lakin başqa şəxsin  silahı arxasından tutması və baş barmağı ilə tətiyi basması sayəsində bunun mümkün ola biləcəyini söyləyib. Üstəlik Van Qoq özünü vurmuş olsaydı barmaqlarında yanıq izləri olardı. Lakin belə bir şey söz mövzusu deyil" deyə danışdı.


1888-ci ildə rəssam Paul Gauguin ilə yoldaşlığının pozulması ilə sol qulağının bir hissəsini kəsən Hollandiyalı rəssam Vincent Van Goghun ruhi vəziyyətinin getdikcə pisləşməsi ucbatından 1890-cu ildə özünü sinəsindən vuraraq intihar etdiyinə inanılır.

Sizin Reklam Yeriniz