Əlaqə Arxiv
news Image
2014.11.18
18:05
| A A A
11 saat morqda qaldı, yenindən dirildi

Polşada 91 yaşındakı qadının 11 saat sonra həyata qqayıtmasının sirri həll edilə bilmir. Rəsmi orqanlar mövzuyla əlaqədar istintaq başladıb.


Polşanın Ostrov Lubelski adlı qəsəbəsindəqeyri-adi hadisə baş verib.

Həkimi tərəfindən öldüyü açıqlanan və bölgədəki bir xəstəxananın meyitxanasına qaldırılan 91 yaşındakı Janina Kolkievicz, bir müddət sonra morq işçilərinin şübhələnməsini səbəb olub.


Onun qaldırıldığı bölmədən səslər eşidən xəstəxana personalı, həkimləri vəziyyətdən xəbərdar edib. Onu müayinə etdiyində ürəyinin dayandığını və hər hansı bir həyati funksiyasının olmadığını söyləyən Dr Vieslava Kzuz, yaşlı qadının 11 saat sonra necə həyata qayıtdığına dair məntiqli bir nəzəriyyəsinin olmadığını açıqlayıb.


28 illik həkimlik təcrübəsi olan Veslava Kzuzun xəstəyə səhv diaqnoz qoymuş olma ehtimalı üzərində dayanan rəsmi orqanlar, hadisədən sonra istintaq başladıldığını deyib.

Sizin Reklam Yeriniz