Əlaqə Arxiv
news Image
2014.11.19
10:14
| A A A
Alternativ enerji- ekologiyanın optimal müdafiə üsulu

Müasir dünyada bəşəriyyətin inkişafı Yerin ekoloji sisteminin məhvinə səbəb ola bilər. Bu, xüsusilə neft, qaz, atom enerjisi kimi ənənəvi enerji daşıyıcılarının istehsalı ilə bağlıdır. Buna baxmayaraq, başqa- alternativ enerji mənbələri də vardır. Bu, Günəş, su və küləkdir.

Bu mənbələr düzgün istifadə nəticəsində yarım əsrdən az bir müddətdə bəşəriyyəti ənənəvi enerji mənbələri asılılığından xilas edə bilər.

Alternativ enerji müasir dünyada getdikcə daha böyük əhəmiyyət kəsb etməyə başlayır. Energetikanın bu növünün mahiyyəti ondan ibarətdir ki, onun istifadə zamanı ətraf mühitə az ziyan dəyir.


Bir neçə alternativ enerji növləri vardır:

1. Bioyanacaq

2. Günəş enerjisi

3. Külək enerjisi

4. Alternativ yanacaq

5. Kosmik enerji

6. Geotermal enerji

7. Hidrogen enerjisi

8. Hidrogen sulfid enerjisi


Enerji istehsalının bölünməsi


Mütəxəssislərin hesablamalarına görə, bütün bəşəriyyətin enerjiyə olan tələbatının yalnız 8 faizi alternativ enerjinin payına düşür, 37 faizi neft, 21 faizi daş kömürü təmin edir, 25 faizi qaz verir və 9 faiz nüvə yanacağı vasitəsilə alınır. Ildən-ilə insanın enerjiyə tələbatı artır. Və yaxın vaxtlarda yataqlardan çıxarılan faydalı qazıntılar, sadəcə olaraq, tükənəcək. Faydalı qazıntıların istehsalı zamanı zərərli maddələrin atmosferə atılması ekologiyaya qarşısıalınmaz ziyan vurur. Ekoloji fəlakət və enerji kollapsından qaçmağın yeganə üsulu zərərsiz alternativ, məsələn, günəş enerjisi kimi enerjinin inkişaf etdirilməsidir.

Həmişə insanı müşayiət edən qənaətli və zərərsiz bərpaolunan enerji günəş şüalarıdır. Enerji ilə zəngin olan və ekologiya üçün təhlükəsiz olan digər enerji mənbəyi isə küləkdir.

Bəşəriyyətin inkişaf etməsi və firavan yaşaması üçün artıq indidən alternativ enerji kimi enerji növünü inkişaf etdirmək lazımdır.

Sizin Reklam Yeriniz