Əlaqə Arxiv
news Image
2014.11.19
10:26
| A A A
Balıqçılar nəhəng akulanın qarnında insan başı tapıblar

Filippindən olan balıqçılar 600 kiloqramlıq akulanın mədəsində yarısı həzm olunmuş insan başı və ayağı tapıblar. Təqribən 30 il balıqçılıqla məşğul olan 48 yaşlı yerli sakin Bodoyya Horqodun sözlərinə görə, o, heç vaxt ömründə bu cür hadisə görməyib. Balıqçılar akulanın çənəsini və üzgəclərini xatirə kimi saxlayıblar. Onlar akulanın mədəsindən tapılmış insan qalıqlarını, həmçinin balığın fraqmentlərini qayığın bortundan kənara atıblar.- bu cür yük pis əlamət hesab edilir. Eyni zamanda, Horqodun sözlərinə görə, akulanın parçalanmış bədəni dəhşətli dərəcədə pis iy verib. Jurnalistlər dəniz yırtıcısının qarnındakı insan qalıqlarının kimə məxsus olduğunu müəyyən etməyə çalışırlar. Çoxlarının fikrincə, bu, sentyabrın 13-də Filippinin Kamiqin adası yaxınlığında qəzaya uğramış Maharlika bərəsindəki sərnişinin qalıqları ola bilər. O vaxt yüzə yaxın sərnişin xilas olsa da, iki nəfər indiyə kimi itkin hesab edilir. Balıqçılardan birinin arvadı bildirib ki, ərinin xatirə kimi saxladığı akula çənəsi və üzgəcini tez bir vaxtda atmaq lazımdır. O qorxur ki, akulanın diri-diri yediyi adamın ruhu ailə üzvlərinə ziyan vura bilər.

Sizin Reklam Yeriniz