Əlaqə Arxiv
news Image
2014.11.21
09:48
| A A A
“Subaru” teleskopunun yeni kəşfi

Alimlər Yaponiyanın "Subaru" teleskopu vasitəsilə yeni maraqlı kəşf edə biliblər. Astronomların elmi qrupu "Subaru" teleskopunda quraşdırılmış Suprime-Cam kamerasından istifadə edərək 13 milyard il əvvəlki erkən Kainata baxa biliblər və Böyük Partlayışdan sonra Kainatın cəmi 700 milyon yaşı olan dövrdə kifayət qədər sürətlə formalaşan 7 erkən qalaktika aşkar ediblər.

Aşkar edilmiş qalaktikalar Lyman-alpha emitter (LAE) tipinə aiddir. Alimlərin fikrincə, bu qalaktikaların tədqiqi kosmosda yenidən ionlaşdırma prosesini izah etməkdə yardımçı olub.

Təqdim olunmuş mürəkkəbtərkibli rəngli fotoqrafiyada biz bu qalaktikaları 13,1 milyard il əvvəlki kimi görürük.

Xatırladaq ki, Kainatımız 13,8 milyard il əvvəl yaranıb. Bu erkən dövrdə Kainat proton və elektronlardan ibarət olan "qaynar şorba" ilə dolub. Kainatımızın genişlənməsi prosesində onun temperaturu əhəmiyyətli dərəcədə azalıb və tezliklə çox sürətli və aktiv olan ilk qalaktikalar yaranmağa başlayıb. Alimlər bu cür sürətli qalaktikaların formalaşma mexanizmini və səbəblərini müəyyən etməyə çalışırlar.

Sizin Reklam Yeriniz