Əlaqə Arxiv
news Image
2014.11.25
08:23
| A A A
Uğurlu karyera üçün ən əsas nədir?

Sağlam görüntüsü olan əməkdaşların iş almaq və mənsəb sahibi olmaq şansları vəzifəyə peşəkarlıq və səriştə baxımından daha çox uyğun gələn, lakin görünüşcə yaxşı sağlamlıq əlamətləri olmayanlara nisbətən daha böyükdür. Bu nəticəyə bu yaxınlarda Amsterdam Müstəqil Universitetindən olan mütəxəssislər gəliblər.

Alimlərin keçirdikləri tədqiqatda 148 nəfər iştirak edib. Onların hamısına fotoşəkillər üzrə hansısa uydurma bir şirkətə rəhbərlik edə biləcək adamı seçmək təklif edilib. Bu zaman rəhbər vəzifəyə potensial namizədlərin şəklini fotoredaktorda elə dəyişdiriblər ki, bəzi şəkillərdə onlar çox enerjili və sağlam, digər şəkillərdə isə çox "ağıllı" və "etibarlı" görünüblər. Və könüllülər on haldan yeddisində sağlam kimi göstərilən namizədi seçiblər.

Bu cür seçim insanda bioloji təkamül səviyyəsində də proqramlaşdırılıb. Qədimdə yalnız sağlam cinsi partnyor və ya həyat yoldaşı mükəmməl nəslə və stabilliyə zəmanət verib. Yalnız sağlam kişi hər şeydən pul çıxaran adam olub və ya yalnız sağlam qadın tam gücü ilə ailəni saxlaya bilib.

Zaman keçdikcə həyat daha rahat olmağa başlayıb. Indi əksər hallarda kişilərə öz ailəsini dolandırmaq üçün ovçuluq etmək və ya döyüşmək lazım gəlmir, qadınlar isə öz vəzifələrinin bir hissəsini asanlıqla məişət texnikasına və sivilizasiyanın digər nemətlərinə verə bilirlər. Bununla belə, şüuraltı səviyyədə əvvəlki kimi sağlam görünüşlü insanları daha müsbət qarşılayırıq.

Bizim anlayışımızda sağlamlıq əlamətləri dərinin çəhrayı rəngdə olması, parlaq gözlərdir... Xəstəliyin əlamətləri isə çox arıq olmaq, sifətin boz torpaq rəngində olması, gözlərin altındakı torbacıqlardır... Bu cür görünüş təkcə müxtəlif xəstəliklərin yox, həmçinin orqanizmi zəiflədən zərərli vərdişlərin göstəricisidir. Əgər söhbət işə qəbuldan, vəzifəyə təyin etməkdən, karyeradan gedirsə, onda belə çıxır ki, bu cür adamı etibarlı əməkdaş və ya effektiv rəhbər kimi nəzərdən keçirmək olmaz.

Bəli, xəstə adam öz sahəsində tam peşəkar və səriştəli ola bilər. Amma o, səhhəti ilə bağlı ciddi narahatlıq yarandığı təqdirdə öz vəzifəsini yerinə yetirə bilməyəcək və onu əvəz edəcək adamı axtarmaq lazım gələcək. Əlbəttə, çox xəstə adamların uzun illər bütöv bir ölkəni idarə etdiyi hallar da məlumdur, lakin bu, adətən, alternativin olmaması səbəbindən belə olur.

Potensial işverənlər öz işçilərini dayanmadan "işləyə" bilən "iş atları" sırasından seçməyə üstünlük verirlər. Şirkətlərin əksəriyyətində əməkdaşların xəstələnməsi bəyənilmir, xəstəlik kağızı ilə uzunmüddətli işə çıxmamaq isə onların işdən azad edilməsi üçün bəhanə ola bilər. Əgər sıravi işçi yox, rəhbər xəstələnərsə, onu müvəqqəti olaraq başqa birisi ilə əvəz etmək imkanı olur. Bu situasiyalara düşməmək üçün, nə qədər təcrübəli və savadlı olsa da, xəstələnməyən və işə vaxtlı-vaxtında çıxan adamı işlə təmin etmək daha münasibdir.

Eyni zamanda sağlam adam səhhətində problemlər olan adama nisbətən daha çox işləyə bilər. Onu, sadəcə olaraq, iş vaxtından artıq işləməyə və ya "istehsal ehtiyacları" ilə əlaqədar olaraq məzuniyyətdən imtina etməyə məcbur etmək olar. Yəni seçim qarşısında qalarkən müdriyyət, çox yəqin ki, peşəkar əməkdaşa nisbətən sağlam olan əməkdaşa üstünlük verəcək və əgər görünüşcə sağlam olan namizədlər olmazsa və ya onları "rəndələmək" mümkün deyilsə, onda xəstə görünüşlü mütəxəssisə "yaşıl işıq" yandırılır.

Tədqiqat müəlliflərinin fikrincə, sağlam görünüş liderlik və yaxşı karyera üçün həlledici amillərdən biridir. Elmi qrupun rəhbəri Brayan Spisak öz mərizəsində vurğulayır: "Bu, siyasətçi və biznesmenlərin nə üçün öz xarici görünüşlərinə çoxlu güc, vaxt və pul sərf etdiklərinə aydınlıq gətirir". Həqiqətən, bu adamlar məhz karyera xatirinə çox vaxt idmanla məşğul olur və müntəzəm olaraq tibbi müayinələrdən keçirlər.

Yeri gəlmişkən, bir çox şirkətlərdə müəyyən "sağlamlıq kultu" olur. Əməkdaşlar üçün tibbi sığortalar, trenajor zallarına və ya hovuzlara abunələr alınır. Bəzən müəssisələrin özünün idman klubları və ya fitnes-mərkəzləri olur. Müxtəlif sağlamlıq və ya idman tədbirləri həyata keçirilir. Buna görə də əgər siz uğurlu karyera üçün lazımi fiziki səviyyəyə "çata bilmirsinizsə", onda bunu özünüzlə məşğul olaraq qaydasına salmaq olar.

Sizin Reklam Yeriniz