Əlaqə Arxiv
news Image
2014.11.25
09:28
| A A A
ABŞ-ın həyatəminatlı obyektləri sıradan çıxardıla bilər

ABŞ Milli Təhlükəsizlik Agentliyinin (MTA) rəhbəri hesab edir ki, Çindən olan hakerlər ABŞ-ın həyattəminatlı obyektlərini sıradan çıxara bilərlər. Maykl Rocers bu bəyanatı Amerika Konqresi qarşısında çıxışı zamanı verib.

ABŞ dəfələrlə Çin və Rusiyanı əsas kibertəhlükə adlandırıb. Hələ 2011-ci ilin noyabrında Milli Əks-Kəşfiyyat İdarəsi bildirmişdi ki, bu iki ölkədən olan hakerlər internet vasitəsilə fəal şəkildə iqtisadi və müdafiə informasiyalarının saxlandığı mühafizə olunan serverlərə daxil olmağa çalışırlar. Çin kiberməkanda bütün fəaliyyət formaları ilə bağlı öz iştirakını dəfələrlə təkzib edib və Amerikanın Çin internetində kiberfəal olduğunu bəyan edib.




Sizin Reklam Yeriniz