Əlaqə Arxiv
news Image
2014.11.26
08:53
| A A A
Qanın dayandırılması üçün unikal vasitə hazırlanıb

Bruklindəki (ABŞ) kiçik laboratoriya effektiv qandayandırıcı vasitə- VetiGel adlı gelin hazırlanması üzrə işlərin aparıldığı yerə çevrilib. Elm cəmiyyəti və KİV artıq bildirib ki, bu, təbabətdə əsl sıçrayışdır. Gel birbaşa yaranın üzərinə çəkilir, bundan sonra qan, demək olar ki, dərhal dayanır. Hələlik mütəxəssislər ondan yalnız baytarlıq sahəsində istifadə etməyi məsləhət görürlər, lakin hesab edirlər ki, bir sıra tədqiqatlardan və klinik sınaqlardan sonra VetiGel-dən insanların da müalicəsində istifadə etmək mümkün olacaq.

Alimlər bildirirlər ki, qanın tam dayandırılması üçün 20 saniyədən az vaxt tələb olunur. Bu cür göstəricilər müasir təbabətdə rekorddur. Gelin təsir mexanizmi onun aktiv tərkib hissələrinin təsiri altında trombositlərdən torun əmələ gəlməsi ilə əlaqədardır.

Unikal gelin hazırlanması üçün əsas kimi bitki polimerlərindən istifadə edilir. Onlar qanın laxtalanmasını stimullaşdıran təbii siqnallara təsir edir, həmçinin trombosit torları və fibrinin birləşməsini tezləşdirmək vasitəsilə hemostazı sürətləndirir. Prosesin nəticəsi kimi isə stabil tromb yaranır.

Zəruri effekt çoxtərəfli təsir nəticəsində mümkün olur. Bu, həm hüceyrə səviyyəsində, həm də fiziki səviyyədə təsir edir. Gelin sayəsində zədələnmiş damarlarda stabil təzyiq saxlanılır.

Alimlər hesab edirlər ki, geldən ən müxtəlif yumşaq, həmçinin dəri örtüyü və daxili orqanların zədələnməsi də daxil olmaqla birləşdirici toxumalarda istifadə ediləcək. Qan dayandıqdan sonra müəlliflər gelin səthinə polimerləşdirici vasitə püskürtməyi təklif edirlər. Bu, onun bərkiməsinə səbəb olur.

Sizin Reklam Yeriniz