Əlaqə Arxiv
news Image
2014.11.26
09:16
| A A A
Çoxala bilən robotlar hazırlanıb

Oslo Universitetindən (Norveç) olan mütəxəssislər tərəfindən müstəqil şəkildə hərəkət edən və qarşıya qoyulmuş vəzifələri yerinə yetirən, həmçinin çoxala bilən robot hazırlanıb.Robot ətrafdakı vəziyyəti analiz edir və ona uyğunlaşa bilir.Robot verilmiş parametrlər çərçivəsində robotlaşdırılmış mexanizmlərin layihələndirilməsi üçün nəzərdə tutulmuş xüsusi proqram təminatı vasitəsilə hazırlanıb.Məsələn, əgər proqram qarşısına çox sadə robot hazırlamaq vəzifəsi qoyularsa, o, gələcək kiborqun lazımi funksiyasından asılı olaraq bir neçə seçim variantı təklif edəcək. Bundan sonra seçilmiş variant asanlıqla 3D-printerdə çap edilə, sonra isə ətraf mühit şəraitində testdən keçirilə bilər.Müəlliflərin fikrincə, bu cür "ağıllı" robotlar istənilən işi, məsələn, insanın işləyə bilmədiyi yerin dərinliyində və ya uzaq kosmosda müstəqil şəkildə yerinə yetirə bilər. Bu zaman bütün iş fəaliyyəti tam olaraq avtomatlaşdırılacaq."Bu cür situasiyanı təsəvvür edin: robot dağılmış AES-ə yaxınlaşır, müəyyən yerə çatır və öz ölçüləri səbəbindən bundan sonra irəli hərəkət edə bilmir. Robot asanlıqla müəyyən edilmiş proqramı işə salaraq 3D-printer vasitəsilə funksionala uyğun başqa bir robot çap edir və artıq yeni "ağıllı" maşın daxildə tədqiqatı davam etdirir"- alimlər bildirirlər.



Sizin Reklam Yeriniz