Əlaqə Arxiv
news Image
2014.11.26
11:32
| A A A
Eynicinsli cinayətlərinin sayı artıb

İngiltərədə homofobik cinayətlərin sayında artım olub. Ölkədə təkcə 2014-cü ildə 3000-ə yaxın homofobik hadisə baş verib. Bunlardan 300-ü zoraki hadisələrlə nəticələnib. LGBT təşkilatının təhlükəsizlik rəhbəri Ceyn Soyyer insanları cinsi seçimlərinə görə qiymətləndirməyin qəbuledilməz olduğunu söyləyib. Hazırda polis bu cür halların qarşısının alınması üçün təzyiqləri artırıb. 

 Homofobiya, homoseksuallara və ya eynicinslilərə qarşı duyulan  nifrət,  ayrı-seçkilik hissidir.  Hər 48 saatda bir homoseksualın homofobiya ilə əlaqəli şiddətə məruz qalaraq öldürüldüyü təxmin edilir. Beynəlxalq Əfv Təşkilatına görə təxminən 70 ölkədə homoseksuallara şiddət tətbiq olunur və səkkiz ölkədə homoseksuallara edam cəzası verilir:  Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, İran, Mavritaniya, Nigeriyanın şimalındakı bəzi əyalətləri, Somali, Sudan və Yəmən. 2007-ci ildə 122 homofobik cinayət işlənən Braziliya, dünyanın ən yüksək LGBT cinayəti nisbətinə malikdir. Bu ölkədəki qurbanların az qala yarısı transeksuallardır. Rəsmi statistika olmadığı üçün bəzi LGBT aktivistləri bu ədədin daha yüksək olduğunu iddia edir. Braziliyadan sonra, ildə 35 homofobik cinayətlə Meksika və bundan sonra 25 cinayətlə Amerika Birləşmiş Ştatları gəlir.

 

Sizin Reklam Yeriniz