Əlaqə Arxiv
news Image
2014.11.27
09:36
| A A A
Alimlər insultdan müdafiə geni tapıblar

London Universitetinin Royal Holloway Kollecindən olan alimlər tərəfindən insanın DNT-sində gənc və orta yaşlarda insultun inkişafına qarşı dayana bilən gen (PHACTR1) aşkar edilib. Bundan başqa, bu gen miqrenin yaranma risklərini azaldır və ürək tutmaları riskini aşağı salır.Mütəxəssislər ABŞ və Avropadan olan təqribən 16 min pasientin DNT-sini tədqiq edərək bu nəticəyə gəliblər ki, PHACTR1 gənclikdə insultun yaranmasının əsas səbəbkarı baş beyinə qan daşıyan arteriya damarlarının şaxələnməsi zamanı baş verən boyun arteriyasının açılması kimi məlum olan vəziyyətin qarşısını alır.Tədqiqatçılar öz kəşflərini "mühüm sıçrayış" adlandırır və ümid edirlər ki, o, bu ağır xəstəliyin yeni müalicə üsullarını hazırlamaqda kömək edəcək.Kollecin Nevrologiya Klinikasının professoru Pankay Şarmanın sözlərinə görə, tədqiqatçıların sərəncamında olan DNT biobankı başqa kəşflər də etməyə imkan verəcək. "Bizim əldə etdiyimiz nəticələr genomun bu sahəsinin damar sistemində vəziyyətin əsas məqamlarına necə təsir edəcəyi barədə yeni məlumat verir ki, bu da, öz növbəsində, insultun müalicəsi üçün yeni imkanlar açır"- o bildirib.Qeyd edək ki, Böyük Britaniyada hər il insultdan 152 min adam ölür.

Sizin Reklam Yeriniz