Əlaqə Arxiv
news Image
2014.11.28
09:15
| A A A
Yeni trenajor zalı ideyası

Sizin yandırdığınız kaloriləri şəhərin alternativ enerji mənbəyinə çevirən və hamı üçün əlçatan olan trenajor zalından yaxşı nə ola bilər?!Böyük Britaniyanın "Great Outdoor Gym Company" şirkətinin mütəxəssisləri qeyri-adi ideya fikirləşib və onu həyata keçirməyə başlayıblar. Onlar bütün şəhərlərdə açıq havada trenajor zalları arzusunda olanlar üçün bu cür zallar tikmək qərarına gəliblər. Bu cür trenajor zallarında sağlamlıq üçün sərf edilən güc həmçinin alternativ enerji mənbəyinə çevriləcək.Sadə dillə deyilərsə, siz idmanla məşğul olan vaxt xüsusi dəyişdiricilər vasitəsilə elektrikə çevrilən enerji alınacaq.Artıq ekspertlərin rəhbərliyi ilə dünya ictimaiyyəti energetika məsələlərində bu cür trenajor zallarının üstünlüklərini dəyərləndirib.Şəhərlərin bütün sakinləri tam pulsuz olaraq bu cür trenajorlardan istifadə edə və beləliklə, şəhərlərin enerji istehsalında yardımçı ola bilərlər.

Sizin Reklam Yeriniz