Əlaqə Arxiv
news Image
2014.11.28
09:39
| A A A
Təyyarələri uçan boşqablar əvəz edə bilər

Airbus aviasiya sənayesi şirkəti gələcəyin uçan boşqaba oxşayan təyyarə konstruksiyası üçün təqdim olunmuş patentə sifariş verib.Sərnişinlər üçün salon təyyarənin mərkəzində dairəvi şəkildə olacaq, kreslolar da dairəvi qaydada yerləşəcək. Salona keçmək üçün pilləkənlər mərkəzdə yerləşəcək.Bort baxıcıları yemək arabalarını kreslolar arasında dairə üzrə hərəkət etdirəcəklər.Təyyarənin bu cür forması, nəhayət, çoxdankı problemi həll etməlidir: təyyarə gövdəsinin silindrik forması germetik salonun təzyiqini yaxşı saxlamağa imkan verir, lakin təyyarənin burun və quyruq hissələrində yüksək təzyiqi saxlaya bilən gücləndirilmiş konstruktiv elementlər lazımdır. "Kəşfdən məqsəd bu problemlərin sadə, qənaətli və effektiv həllini təqdim etmək və ya, ən azı, mövcud çatışmazlığı qismən aradan qaldırmaqdır"- sifarişdə bildirilir.GE Aviation mühəndislik texnologiyaları üzrə baş menecer Krisa Lorens güman edir ki, aerodinamika nöqteyi-nəzərindən Airbus tərəfindən təklif edilmiş dizayn ənənəvi konstruksiyaya nisbətən daha effektiv ola bilər: "Bu yanaşma təyyarənin məsrəf etdiyi yanacağın ümumi həcmini azaltmağa imkan verir".Airbus şirkətində vurğulayırlar ki, təklif olunmuş konstruksiyanın patentini müdafiə etmək üçün kifayət qədər maraqlı hesab etsələr də, dərhal bu cür təyyarənin hazırlanmasına başlamağı planlaşdırmırlar.

Sizin Reklam Yeriniz