Əlaqə Arxiv
news Image
2014.11.28
09:45
| A A A
Keçəlləşmənin yeni müalicə üsulu tapılıb

Yaponiyalı kosmetoloqlar bəyan ediblər ki, keçəlləşməni süni kötük hüceyrələrindən istifadə edərək müalicə etməyə hazırlaşırlar.Keçəlləşmə Terapiyası üzrə Mərkəzi Kobe şəhərində açmaq qərara alınıb. Alimlər bildirirlər ki, artıq 4 ildən sonra Mərkəzə ilk pasientlər gələ biləcəklər.

Keçəlləşmə ilə mübarizə sxemi belədir: mütəxəssislər pasientin başından toxuma nümunəsi götürəcək və onun əsasında insanın saçının inkişafına kömək edən hüceyrələr hazırlayacaqlar.

Xatırladaq ki, ilk kötük hücyrəsinin hazırlanması da məhz yaponiyalı alimlərə məxsusdur. Səkkiz il əvvəl etdiyi kəşfə görə doktor Sinya Yamanka 2012-ci ildə Nobel mükafatına layiq görülüb.

Sizin Reklam Yeriniz