Əlaqə Arxiv
news Image
2014.11.29
10:07
| A A A
Batmış şəhər-kabus aşkar edilib

Dərin sularda tədqiqat işləri aparanlar gözlənilmədən batmış qədim şəhərin xarabalıqları ilə üz-üzə qalıblar. Unikal tapıntı Yunanıstan sahilləri yaxınlığında Qırmızı dənizin 50 metr dərinliyində aşkar edilib. Alimlər güman edirlər ki, bu şəhərin əsası eramızdan əvvəl 331-ci ildə Makedoniyalı İskəndər tərəfindən qoyulub. Misirlilər qədim meqapolisi Tonis, yunanlar isə Heraklion adlandırıblar. Tapıntının böyük dəyəri vardır, çünki oradakı heykəllər və tikintilər, gəmilər, sikkələr, həmçinin üzərində yazılar olan lövhəciklər dənizin dibində çox yaxşı vəziyyətdə saxlanıb. Heraklionun tarixi, ümumilikdə qədim dünya tarixi barədə daha tam və dəqiq təsəvvür əldə etmək, eləcə də bir çox suallara cavab tapmaq üçün alimlərin qaşısında bütün artefaktların şifrəsini açmaq, araşdırma və tədqiqat aparmaq durur.

Şəhər-kabus 12 əsr əvvəl suyun altına getdikdən sonra əfsanəyə çevrilib. Buna səbəb suyun səviyyəsini qaldıran, həmçinin torpaq sürüşməsinə gətirib çıxaran zəlzələ ola bilərdi. Ola bilər ki, alimlər şəhərin su altında qalma müəmmasına da aydınlıq gətirəcəklər.

Sizin Reklam Yeriniz