Əlaqə Arxiv
news Image
2012.07.24
15:31
| A A A
Evdə oturaraq tanındı
Çölə çıxma qorxusu səbəbiylə 3 ildir küçəyə addım atmayan 21 yaşlı Amerikalı Hikson, internetdə fenomen oldu. Movqe.Az bildirir ki, Amerikalı 21 yaşlı Cemma Piksi Hikson heç tərk edə bilmədiyi evində məşhur olub. Agorafobi (çölə çıxma qorxusu) səbəbiylə üç il boyunca çölə addım atmayan Hikson internetdə milyonları arxasınca aparan bir fenomenə çevrilib. Otağında qurduğu musiqi studiyasında qeydlər etməyə başlayan gənc müğənni "Youtube"dan istifadə edərək dinlənilib. "Superstar"a çevrilən Hiksonu 12 milyon adam izləyib.

"Musiqi qaçış nöqtəm" evindeki dizüstü kompüteri ilə qeyd etdiyi "Never Let Go" mahnısı bir həftə əvvəl satışa çıxıb. Hikson çıxardığı son parçadan sonra "İnsanların mənim mahnımı almaları inanılmaz bir şeydir, agorafobi xəstələrinin nələr edə biləcəyini sübut etmə böyük bir qürurdur" deyib. Hikson yaşadıqlarını "Nə qədər dərman istifadə etsəm də, çölə çıxdığım zaman çox həyəcan keçirirəm, musiqi qaçış nöqtəm oldu" deyə izah edib.



Sizin Reklam Yeriniz