Əlaqə Arxiv
news Image
2012.07.24
17:51
| A A A
"Sadəcə xəstəyəm canavar deyiləm" - FOTOLAR

Movqe.Az xəbər verir ki, çinli qadının başında aparılan əməliyyatla 70 böyük şiş götürülüb. Nadir görülən bir xəstəlikdən ötəri başı şişlərlə dolu olan Li Honqfanq adlı çinli qadın, Xian Şəhərindəki bir xəstəxanada böyük bir əməliyyatdan keçirib. Başından 70 böyük şiş çıxarılan qadında əməliyyatdan sonra böyük dəyişiklik müşahidə edilib. "The Huffington Post" saytında yazılan xəbərə görə 10 ildir toxumalarda böyüməyə gətirib çıxaran "Kordoma Xəstəliyindən əziyyət çəkən qadın, 100 min dollar ətrafında bir pul tələb etdiyi üçün əməliyyat ola bilmirdi. Görünüşündən ötəri insan içinə çıxa bilməyən qadın, daha əvvəl "Yalnız xəstəyəm, canavar deyiləm" deyə qışqıraraq dünya gündəminə gəlmişdi. İstirabının dünya səviyyəsində eşidilməsindən sonra bir xəstəxana ödənişsiz olaraq qadını əməliyyat etdi. Baş cərrah Quo Şuzhonq əməliyyatın çox uğurlu keçdiyini, ilin sonunda daha bir əməliyyat edərək qalan kiçik şişləri götürəcəklərini söyleyib. Xianyanqda bir kənddə yaşayan qadın, "Əməliyyat sonrasında başımın çox yüngülləşdiyini hiss etdim. Daha əvvəl aynaya baxa bilmirdim. İndi daha yaxşı görünürəm. Xəstəxana rəhbərliyinə minnətdarım" deyib.





Sizin Reklam Yeriniz