Əlaqə Arxiv
news Image
2012.07.25
13:33
| A A A
Hər millimetrində 5 gözü var
Bir elm adamının təsadüfən kəşf etdiyi soxulcanın uzunluğu 12 millimetrdir və 60 gözü var. Movqe.Az bildirir ki, Təbiətdəki ən qəribə heyvanlardan biri kəşf edilib. Kembric şəhəri yaxınlığındakı bir təbiət qoruma sahəsində kəşf edilən yalnız 12 millimetr uzunluğu olan soxulcanda 60 göz təsbit edilib. "Bedfordshire" Təbii Həyat Vəqfi direktoru Brian Everşam tərəfindən kəşf edilən soxulcanın, Hollandiya və Şimali İrlandiyada kəşf edilən soxulcan növlərinə bənzəməklə bərabər yeni bir növ olduğu düşünülür.

Hələ bir ad verilməyən soxulcanla əlaqədar, "Tamamilə yeni, təyin olunmamış bir növ" olduğu bildirilib və buna bənzər bir növün əvvəllər yalnız bir dəfə Hollandiyada görüldüyü qeyd edilib.

Brian Everşam soxulcanın kəşfi ilə bağlı bu sözləri söyləyib: "Bir bazar günü səhəri təbiətdə fotoşəkillər çəkirdim. Bir kötüyü qaldırdım və altından bu sevimli yoldaş çıxdı."



Sizin Reklam Yeriniz