Dünyanın ən bahalı medalı 2012-ci ildə veriləcək
Movqe.az xəbər verir
ki, İngiltərədə 27 iyulda başlanacaq 2012-ci il London
Olimpiadalarında veriləcək medallar üçün cəmi 8 ton qızıl, gümüş və
mis istifadə edildiyi bildirilib. 2008-ci il Pekin Olimpiadalarında
verilən medallar 200 qram olduğu halda, London olimpiadalarında
veriləcək medalların
410 qram olaraq hazırlandığı bildirilib. Olimpiada
medallarının dizaynını isə İngilis sənətkar Deyvid Vatkins Nikenin
hazırladığı söylənir. London Olimpiadalarında 2012-ci ildə
veriləcək 4 min 700 ədəd qızıl, gümüş və bürünc medallar hazırda
London Qülləsində polad qapılar arxasında saxlanılır.