Əlaqə Arxiv
news Image
2012.07.27
16:30
| A A A
"Twitter"də problem yaşandı
Movqe.Az bildirir ki, Olimpiyadanın başlamasından bir gün əvvəl sosial ünsiyyət saytı "Twitter" texniki bir qəza səbəbiylə bir saat ərzində işləməyib.

Saytın yenidən işə başlamasından sonra da bəzi istifadəçilər problemlər yaşamağa davam edib.

Texniki problemlərin aradan qaldırılmasından sonra isə mesaj yayımlayaraq yaşanan problem səbəbiylə istifadəçilərdən üzr istəyib.

Sayt verdiyi məlumatda belə bir qəzanın yenidən yaşanmaması üçün məlumat mərkəzlərinə böyük investisiya etdiklərini də bildirib.

Yaşanan qəza əsnasında istifadəçilər "Twitter" hesablarına cib telefonlarından istifadə edərək daxil ola biliblər.

Olimpiada zamanı "Twitter"in həm tamaşaçılar, həm də idmançılar tərəfindən ən çox istifadə olunacaq ictimai ünsiyyət saytı olacağı güman edilir.

Sizin Reklam Yeriniz