Əlaqə Arxiv
news Image
2015.01.08
09:30
| A A A
İnklərin itmiş şəhəri

Şəkildə dəniz səviyyəsindən 2701 metr yüksəklikdə yerləşən qədim yaşayış məskəni üzərində ucalan Uayn-Pikçu dağ silsiləsi fonunda Maçu-Pikçu şəhərinin xarabalıqları təsvir edilib. Relyefi üç şöbəyə ayırmaq olar: aşağı, orta və yuxarı. Maçu-Pikçu sakinləri- inklər tərəfindən salınmış bəzi yollar indiyə kimi İkinci şöbədə qalmaqdadır. İnklərin itmiş şəhəri kimi tanınan Maçu-Pikçu şəhəri (təqribən 400 il unudulmuş vəziyyətdə olub) yüz ildən bir qədər çoxdur ki, amerikalı arxeoloq Hayram Bingem tərəfindən kəşf edilib. Alim ispaniyalı konkistadorların (istilaçılar) tapa bilmədiyi unudulmuş şəhərin axtarışı üzrə ekspedisiyaya rəhbərlik edib.

Inklərin sivilizasiyası üzrə yazılı mənbələrdən məlum olub ki, şəhəri əlçatmaz dağ zirvələrinin arasında axtarmaq lazımdır. Hayram Bingem öz həyatı ilə risk edərək inklərin bir neçə arxeoloji abidəsinə baş çəkib, 24 iyul 1911-ci ildə isə Maçu-Pikçu qalasını aşkar edib.

Bəzi arxeoloqlar güman edirlər ki, bu şəhər inklərin böyük hökmdarı Paçakutek tərəfindən onun imperiyası işğal olunmazdan yüz il əvvəl, yəni təqribən 1440-cı ildə inşa edilib. Bütün ehtimallara görə, şəhər hökmdarın qış iqamətgahı olub. Şəhərin özündə və onun ətraflarında təqribən 1200 nəfər yaşayıb. Yay vaxtı- yağışlar mövsümündə isə qalada 200-dən çox adam yaşamayıb.

Sonralar, imperiyanın süquqtu ilə əlaqədar olaraq şəhər öz əhəmiyyətini itirib və sakinlər oranı həmişəlik tərk ediblər.

1983-cü ildən başlayaraq- YUNESKO-nun Ümumdünya irsi obyekti statusu alandan sonra Maçu-Pikçu kütləvi turizm mərkəzinə çevrilib. Beşinci əsrin məbədlərini və yaşayış məhəllələrini, saray tikintilərini görmək üçün hər gün şəhərə iki min nəfərə yaxın turist gəlir. Amma tarixi və mədəniyyət abidələrini gələcək nəslə çatdırmaq məqsədilə YUNESKO turistlərin sayını gündə 800 nəfərə qədər azaltmağı tələb edir.

Sizin Reklam Yeriniz