Əlaqə Arxiv
news Image
2012.07.30
18:31
| A A A
Balqabaq tumunun bilinməyən faydaları

Movqe.az xəbər verir ki, elm adamları balqabaq tumunun faydalarını aşkarlaryıb.

Balqabaq qalın bağırsaq xərçəngi riskini azaldır. Ayrıca tərkibindəki E vitamini ilə hüceyrə pərdəsinin pozulmasını önləyir. Balqabaq tumu bağırsaq qurdunu düşürür.

Balqabaq tumunun yaxşı xasiyyətli prostat böyüməsinin qarşısını aldığı tibbən sübut edilib.  Sidik yolları pozuqluqlarına da faydalıdır.

Tərkibindəki E vitamini gec yaşlanmanı və yaşlılığı gənc kimi keçirməyi təmin edir.

Qəbizlik problemini qaradan qaldırır.

Su tutub şişərək toxluq hissi verir. Bu sırada bağırsaqların normal çalışımasına çətinlik yaratmır, həm də dietik olaraq xeyirlidir. 

Balqabaq tumu minerallar, esansiyel yağlar və zülallar baxımından zəngindir.

İçində sümüklər və iştah üçün əhəmiyyətli bir maddə sink var. Bir stəkan balqabaq tumu gündəlik sink, dəmir və E vitamini ehtiyacımızın hamısını, yarım stəkan balqabaq tumunu isə gündəlik maqnezium ehtiyacımızın hamısını qarşılayır.

Omeqa 3 və omeqa 6 beyin funksiyalarının fəaliyyətinə kömək edir. Zehni inkişafa müsbət təsir edir.

Arjinin adlı amin turşusu sayəsində nitrit oksidin meydana gəlməsi ilə ereksiya və ürək problemlərində istifadə potensialı yüksək olduğundan bu yöndə dərman istehsal işləri aparılır. Tərkibində fosfor var. Fosfor sümük inkişafına kömək olur, böyrək funksiyalarını düzənləyir.

Sağlam sümüklər sümük xərçəngi riskinin azalması mənasını verir. Xüsusilə kişilərdə müəyyən bir yaşdan sonra ortaya çıxan sümük əriməsinin qarşısını alır yaxud azaldır.

Doymamış yağ nisbəti yüksək olduğundan qandakı triqliserid salır, yəni xolesterol probleminin  həll edilməsinə yardım edir. Bu məntiqlə və phystosterin maddəsinin də köməyi ilə damar xərçənginə qarşı yaxşı vasitədir...

Sizin Reklam Yeriniz