Əlaqə Arxiv
news Image
2012.07.31
15:00
| A A A
50 illik həsrət Facebook vasitəsilə sona çatdı
Movqe.Az bildirir ki, Amerikalı qadın 50 ildir axtardığı anasını "Facebook"da tapmağı bacarıb.

ABŞ-ın Nyu Cersi şəhərində yaşayan Coan Uehrmeyer,17 yaşında Riçard Batvin ilə ailə qurub. Qısa müddət sonra qızları Stefani doğulub. Ancaq Coan maddi vəziyyətlərinin yaxşı olmadığına görə evi tərk edib. "The Huffington Post" saytında verilən xəbərə görə, qızı o vaxt hələ körpə idi. Coan yenidən ailə qurub, Kourçer soyadını alıb və 2 uşağı dünyaya gəlib. Heç kimdən məlumat ala bilməyən Stefani anasız böyümənin ağrısını həmişə hiss edib. İllərcə anasını axtarmağa davam edib. Nəhayət anasının yeni soyadını öyrənən Stefani, ona "Facebook" vastəsilə qovuşa bililb. 50 il sonra baş verən görüş hər kəsi göz yaşlarına qərq edib.

Sizin Reklam Yeriniz