Əlaqə Arxiv
news Image
2015.02.01
14:05
| A A A
Ağız quruluğuna son

Ağız quruluğuna yaşlılarda çox tez-tez rast gəlinir. Onun səbəbini tapmaq əslində çətindir. Buna görə də bu cür problemi olanlar bir sıra laboratoriya testlərindən keçməli olur.

Movqe.az xəbər verir ki , əgər bu tip əlamətlər sizdə də varsa, mütləq müayinə olunmaq üçün həkimə müraciət edin:

- Ağızda quruluq.

- Tüpürcəyin ip, sap kimi olmağı.

- Ağız qoxusu.

- Danışarkən və udqunarkən çətinlik çəkmək.

- Boğaz ağrısı.

- Dadalmada dəyişikliklərin baş verməsi.

- Ağızda göbələk infeksiyası.

- Dişlərdə çürümə və diş əti xəstəlikləri.

- Qadınlarda dodaq boyasının dişlərə yapışması.

Ağız quruluğunun səbəbi təqin edildikdən sonra onu müalicə etmək asan olur. Əgər ağız quruluğunun səbəbi qəbul edilən dərmanlardırsa, bu zaman həmin dərmanlar digərləri ilə dəyişdirilməlidir. Əgər səbəbi tüpürcək kanallarının tutulmasıdırsa, onda bu tutulmanın səbəbi aşkarlanmalı və müalicə edilməlidir. Diabet və anemiya kimi xəstəliklər daim nəzarət altında saxlanıldıqda ağız quruluğu probleminin də qarşısını almaq olur. İndiki dövrdə bu problemi həll etmək üçün hətta yeni dərmanlar da hazırlanıb.

Əgər problemin qaynağını tapmaq və ya onu müalicə etmək imkanınız yoxdursa, o zaman aşağıda yazılanlara diqqətlə yanaşın:

- Şəkərsiz saqqız çeynəyə bilərsiniz.

- Kofeindən uzaq durun.

- Ftorlu diş məcunu işlətməyin.

- Spirtli qarqara qarışımından uzaq durun.

- Gün ərzində bol su için.

- Aptekdən reseptsiz satılan tüpürcək dərmanlarından istifadə etmək olar. Tərkibində karboksimetil seluloz və ya hidroksietil seluloz olan dərmanlardan istifadə etmək daha yaxşı olar.

- Reseptsiz alına bilən antihistamin dərmanlar qəbul edilməməlidir.

- Ağızla deyil, burunla nəfəs alınmalıdır.

- Yatılan otağı nəmləndirmək olar. Buxar cihazından istifadə edə bilərsiniz.

Bu problemin həllinə akupunkturun (iynə batırma) da kömək etdiyi hallar var. İstəyən bu üsuldan da istifadə edə bilər.

Müayinə zamanı diqqətli olmaq lazımdır. Xəstə həkimdən istifadə etdiyi dərmanların bu problemin qaynağı olub-olmadığını soruşmalıdır. Bu tip narahatlığı olan insanlar ağız təmizliyinə riayət etməli və mütəmadi olaraq diş həkiminə getməlidir.

Sizin Reklam Yeriniz