Əlaqə Arxiv
news Image
2015.02.02
17:03
| A A A
Məşhurlar necə arıqlayır?

Qarşıdan yaz gəlir. Pəhrizə başlayaraq qışda yığılan artıq çəkilərdən azad olmağın əsl vaxtıdır.

Movqe.az anspress-ə istinadən məşhur qadınların özəl tədbirlərdən öncə tez arıqlamaq üçün istifadə etdiyi pəhrizləri təqdim edir.

Viktoriya Bekhem - 400 kalori

Məşhur model, müğənni, dizayner 4 uşaq anası gün ərzində 400 kaloridən artıq qəbul etmir. Bu çox riskli və təhlükəli pəhriz olsa da, o özünü ən yaxşı şəkildə göstərmək üçün sağlamlığını təhlükə qarşısına qoymaqdan çəkinmir.

Beyons - limon pəhrizi

1 və ya 0, 5 litr suyun içərisinə qırmızı bibər, şəkər, limon suyu əlavə edir. Əgər bu məhlulun dadını bəyənməsəniz kərəviz şirəsi də içə bilərsiniz.

Klaudia Şiffer pəhrizi

Mineral pəhrizi saxlayır. Gün ərzində bir ədə soyutma yumurta, meyvə və ya tərəvəz yeyir.Bunların heç birinin içində karbohidrat yoxdur. Çayı isə şəkərsiz içir.

Madonnanın pəhrizi

Gün ərzində 2 qreypfurt, 2 yumurtanı bir saatlıq fasilələrlə qəbul edir. Bu sayədə o ac qalsa da, artıq kilolardan xilas olur.

Sara Cessika Parker

Sadəcə dondurma, dondurulmuş meyvə və ya tərəvəz yeyir. Bunu gündə iki dəfə edir.

Paris Hilton dieti

Gün ərzində yalnız su və enerji içkilərindən istifadə edir.

Uma Turmanın şirin pəhrizi

Aktrisa gün ərzində dondurma, pudinq,tünd şokolad kimi şirniyyat kimi məhsullar qəbul edir. Bu məhsullardan 5 gün istifadə artıq kilolardan qurtulmasına kömək edir.

Sizin Reklam Yeriniz