Əlaqə Arxiv
news Image
2015.02.03
09:50
| A A A
Ayrı-ayrı ölkələrin gənclik iksiri

Bizlərdən kim uzun ömür yaşamaq, eyni zamanda öz yaşından cavan görünmək və sağlam olmaq, eləcə də qocalıq xəstəliklərinə tutulmamaq istəməz? Məlum olur ki, bu, heç də, həyata keçməyən arzu deyil. Gəncliyi uzatmaq üçün, demək olar ki, hər millətin öz reseptləri vardır. Doğrudur, onların nə qədər effektiv olduğunu yalnız öz təcrübəndə yoxlamaq olar.

Böyük Britaniyada, daha dəqiqi, Kembricdə hesab edirdilər ki, elmlərin orta məktəb kursunu tam bitirməyən adamlar, orta hesabla, təhsilini başa vuran həmyaşıdlarına nisbətən 9,3 il az yaşayırlar. Görünür, onlar daha az sağlam həyat tərzi keçirir və daha çox zərərli vərdişlərə malik olurlar. Ona görə də ingilislər məsləhət görürlər ki, təhsil almağa çalışın- və uzunömürlü olacaqsınız.

Almanlar sekslə məşğul olmağı məsləhət görürlər. Almaniydan olan tədqiqatçılar müəyyən ediblər ki, həftədə üç dəfə eşq yaşamaq insanı 7-12 yaş cavanlaşdırır. Ən azı, xarici görünüşcə.

Fransalı kosmetoloqlar, imkan qədər az şirniyyatdan istifadə etməyi məsləhət görürlər. İş ondadır ki, şəkər dəri liflərini - insanın dərisini cavan və elastik saxlayan elastin və kollgeni dağıdır. Bunlar üçün isə kahı çox faydalıdır.

Isveçli alimlər hesab edirlər ki, yaxınlaşmaqda olan qocalıqla mübarizədə yemək rasionundan fəstfud və müxtəlif yarımfabrikatları çıxarmaq kömək edir. Onların əksəriyyətinin tərkibində dəri hüceyrələrini qurudan yağlar vardır. Dəri isə bizim cavan görünməyimizə kömək edir.

Kanadalı mütəxəssislər bildirirlər ki, insanın ömrünü, orta hesabla, altı il uzatmaqda kömək etməyin sirrini bilirlər. İlk baxışdan, bəzi məsləhətlər çox qəribə görünə bilər. Məsələn, ali təhsil almaq və özünə həyat yoldaşı tapmaq sizi xoşbəxt edir. Bir də pişik saxlamaq... Əslində, burada qəribə heç nə yoxdur. Insan nə qədər təhsilli olarsa, bir o qədər sağlam həyat tərzi keçirir, çünki təhsil onu sağlamlıq və qida məsələləri ilə məşğul olmağa stimullaşdırır. Xoşbəxt ailə həyatı bizə yaxşı əhval-ruhiyyəyə gətirib çıxaran müsbət emosiyalar verir. Pişiklər isə, insandan xəstəlik və qocalmaya səbəb olan stressi götürmək üçün məlum "psixoterpevtlər"dir.

Və əlbəttə, kanadalılar həkim məsləhətlərini də unutmurlar. Belə ki, onlar bildirirlər ki, uzun müddət cavan qalmaq üçün əsəbləşməyi dayandırmaq, yuxusuzluqla mübarizə aparmaq, düzgün qidalanmaq və çəkini qaydada saxlamaq lazımdır.

Ən yüksək ömür uzunluğu göstəricilərinə malik olan ölkələrdən biri kiçik Andorra dövlətidir. Burada ömrün orta uzunluğu 83 yaş təşkil edir. Düzdür, andorralılar deyirlər ki, ömrün uzunluğu uzunömürlü valideynlərin olması ilə bağlıdır. Bu cür irsilik uzun ömür yaşamaq şansını beş dəfə artırır.

Hindlilər inanırlar ki, gəncliyi uzatmaq üçün daha çox maye içmək lazımdır. Sanki burada yeni heç nə yoxdur…Suyu quruyan vaxt giləmeyvələr büzüşür, eyni şey insan dərisi ilə də baş verir. Buna görə də dərinizdə qırışıqlar görən vaxt gündə iki litr su için! 48-56 saat ərzində orqanizmdə rütubətin səviyyəsi bərpa olunur. Doğrudur, burada, deyək ki, xəstə böyrəkləri və ya digər daxili üzvlərdəki xəstəlikləri olan adamların nə etməli olduğu qeyd edilməyib. Bundan əmələ gələn şişkinlik isə orqanizm üçün çox zərərlidir, həmçinin sağlam görüntü yaratmır. Görünür, bu variant yalnız əvvəlcədən səhhətləri ilə ciddi problemi olmayan adamlar üçün münasibdir.

Bizim həkimlər və sağlamlıq üzrə digər yerli ekspertlər isə, öz növbəsində, kifayət qədər qədər standart, məsələn, təbii qidalarla qidalnmağı və idmanla məşğul olmağı məsləhət görürlər. Onlar həmçinin deyirlər ki, təmiz havada (hər cür havada) gündəlik gəzinti təşkil etmək lazımdır. Fiziki fəallıqla (hətta adi yerişlə) birlikdə havada olmaq orqanizmdə çoxlu prosesləri normallaşdırır, insana gümrahlıq verir və ovqatı qaldırır.

Ümumilikdə, göründyü kimi, burada xüsusi bir şey yoxdur. Buna baxmayaraq, bir çox "reseptlər" hətta qocalıq insanlarda tam fərqli davam etsə belə, tam müsbət təsir göstərə bilər, xüsusilə də onlardan uzun müddət istifadə edildiyi təqdirdə.

Sizin Reklam Yeriniz