Əlaqə Arxiv
news Image
2015.02.03
09:55
| A A A
İstənilən xəstəliyi müalicə edən nanorobotlar

San-Dieqo şəhərindən (ABŞ) olan mütəxəssislər qrupu tərəfindən nanorobotların orqanizmə heç bir ziyan vurmadan insanları müalicə edə bilməsi faktını sübut edən tədqiqat keçirilib.

Təcrübələr, həmişə olduğu kimi, hələlik siçanlar üzərində aparılıb. Tədqiqatın son mərhələsində preparat orqanizmin xəstə olan nahiyəsinə nanorobotlar vasitəsilə çatdırılıb.

Tədqiqat təcrübələrinin uğurla nəticələnməsi sayəsində alimlər bu qənaətə gəliblər ki, bu yolla ən müxtəlif xəstəlikləri müalicə etmək olar.

Alimlər tərəfindən tərtib edilmiş hesabatda onların bu yaxınlarda hazırladıqları nanorobotlarda siçanların üzvi birləşmələrində həll olan maddənin olduğu barədə informasiya yer alıb.

Beləliklə, xərçəng və digər xəstəlikləri müalicə etmək məqsədilə nanorabotlardan istifadə orqanizmə heç bir ziyan vurmur.



Sizin Reklam Yeriniz