Əlaqə Arxiv
news Image
2015.02.02
18:42
| A A A
WhatsApp-dan gözlənilən yenilik

WhatsApp mesajlaşma proqramı yeni xidmətini testdən keçirməyə başlayıb.

Movqe.az xəbər verir ki, şirkət səsli zəng funksiyasını açıq yoxlamağa başlayıb. Artıq məşhur messencerin yeni xidmətinin görüntüləri də yayılmağa başlayıb.

Reddit saytında yayımlanan fotolardan yeni xidmət üzərində çalışıldığı müşahidə edilir. Hazırda WhatsApp vasitəsilə Android (versiya 5.0)və "Nexus 5" mobil qurğularının sahibləri zəng edə bilərlər.

Görüntülərdən birində "Calls" əlavəsi əks edilib. Bu funksiya vasitəsilə mobil telefonunuzdan heç bir kontur istifadə etmədən zəng etmək mümkün olacaq. Şirkət yaxın müddətdə bu xidmətini bütün mobil qurğular üçün istifadəyə verəcək.

Sizin Reklam Yeriniz