Müqəddəs Luka Kardiologiya İnstitutunun tədqiqatçıları güman edirlər ki, tərkibində şəkər, o cümlədən fruktoza olan qida məhsulları və içkilərin qəbulu 2-ci tip diabet xəstəliyinin kəskin inkişafına səbəb olan əsas amildir.
Bütün dünyada təqribən hər onuncu adam bu xəstəlikdən əziyyət çəkir. Son 28 il ərzində dibat xəstələrinin sayı iki dəfədən çox artıb. Belə ki, 1980-ci ildə şəkərdən 153 milyon nəfər, 2008-ci ildə isə 347 milyon nəfər əziyyət çəkib.
Mütəxəssislər eksperimentin nəticələrini heyvanlar və çoxlu sayda insanların iştirakı ilə yoxlayıblar. Son tədqiqatlar göstərib ki, qlükozanın fruktoza ilə əvəz olunması xoşagəlməz nəticələrə gətirib çıxarır.
Xüsusilə masa şəkərində və qarğıdalı şirəsinin (çox vaxt qida sənayesində istifadə edilən dadlandırıcı) tərkibində olan fruktoza təhlükəlidir.
Meyvə və tərəvəzlər kimi təbii məhsulların tərkibində olan fruktoza isə orqanizm üçün təhlükəli deyildir. Əksinə, meyvə və tərəvəzlərin qəbulu diabetdən və digər maddələr mübadiləsi pozuntusundan qoruyur. Alimlər israrla tərkibinə şəkər əlavə edilmiş məhsulları meyvə və tərəvəzlərə əvəz etməyi məsləhət görürlər.