Əlaqə Arxiv
news Image
2015.02.03
18:30
| A A A
İnsanı diqqət mərkəzində saxlayan hərəkətlər

"Fikirləş və varlan" kitabının müəllifi Napoleon Hill insanın ətrafındakıları heyran edən vərdişlərindən yazıb.

Movqe.az axar.az-a istinadən Hillin açıqladığı insanı diqqət mərkəzində saxlayan 12 hərəkəti təqdim edir.

1. Pozitivlik - pessimist olmaq sizə müsbət təsir etməyəcək. Amma pozitivlik uğurlar əldə etməyə, yüksəlməyə, ətrafındakıların əhvalını yaxşılaşdırmağa kömək edir.

2. Mehriban və mədəni danışıq - belə insanlar hər zaman danışdıqlarından əmin olurlar. Buna görə də, onların dedikləri kəlmələr kənardakıların qulağına xoş gəlir.

3. Diqqətlə qulaq asmaq - münasibətdə yüksəkfikirli və mədəni olmaq hər adamın işi deyil. Mehriban münasibət qurmaq istəyənlər hər zaman həmsöhbətlərinə diqqət yetirməlidirlər. Dinləmək qabiliyyətinə sahib olanları hər kəs bəyənir.

4. Soyuqqanlılıq - hadisələrə hədsiz emosional reaksiya göstərmək qarşı tərəfdə xoş hisslər yaratmayacaq. Susmaq sizi daha yaxşı təqdim edəcək. Həmsöhbətinizə susaraq qulaq asmaqla da müsbət enerji bəxş edərsiniz.

5. Diqqətcil olmaq – hər bir kəsin hərəkətlərinin və sözlərinin diqqətlə seçməsi ən əsas amildir. İnsanlar bir-birlərini məhz mehriban sözlərə görə sevir və hörmət edirlər.

6. Yeni ideyalara həddindən çox bağlı insanlar nəinki ətrafındakılarla ünsiyyətdə çəkinir, hətta peşələrində də irəli gedə bilmirlər.

7. Danışarkən gülümsəmək - Hill iddia edir ki, Amerikanın keçmiş prezidenti Franklin Ruzveltin uğurunun ilk səbəbi onun daim gülümsəməsi olub. Məhz bu təbəssüm ona həmsöhbətləri ilə səmimi olmağa imkan yaradırdı.

8. Hər fikri açıq-aşkar deməyən insanlar başa düşürlər ki, başqalarını incitmək olmaz. Hətta onlar haqlı olsalar belə, digərlərinə zərər vermirlər.

9. Asta hərəkəti sevməmək -asta hərəkət emək yalnız işi gecikdirir. Bu, qorxaqların işidir.

10. Başqalarına qarşılıq gözləmədən kömək edənlər hamının sevimlisi olurlar.

11. Həmsöhbətinə dünyanın ən vacib insanı kimi yanaşmaq - bu cür davranış qarşındakı insanın bütün xasiyyətini öyrənməyə imkan yaradır.

12. Uğurlu insanlar heç vaxt ətraflarındakıların xoşuna gəlməyə cəhd etmirlər. Onlar kənardakılara olduqları kimi görünməyə çalışırlar.

Sizin Reklam Yeriniz