Əlaqə Arxiv
news Image
2015.02.04
11:20
| A A A
Canlı efirə "qaz lampası" ilə çıxdı-VİDEO

Movqe.az xəbər verir ki, Bursanın İnəgöl rayonunda, 3 gündən bəri ardı-arası kəsilməyən fırtına səbəbiylə yaşanan elektrik kəsintilərinə diqqət çəkmək istəyən yerli televiziya aparıcısı efirə "qaz lampası"ilə çıxıb.

Super Kanal Xəbər aparıcısı Seyfəddin Araz, qaz lampası vasitəsiylə günün xəbərlərini təqdim edib. Aparıcı Araz, efirdə elektrik kəsintilərinə diqqət çəkərək, elektrik paylama şirkətini vəzifələrini düzgün icra etməyə çağırıb. Efirə bu şəkildə çıxdığı üçün üzr istəyən Araz, "Bizi sizin qarşınıza belə çıxaranlar utansın. İnəgöldə təsirli olan şiddətli fırtına səbəbi ilə İnəgölün müxtəlif bölgələrində uzun sürən elektrik kəsintiləri yaşanıb. Xəbərimizi təqdim etdiyimiz ərazidə elektrik kəsintisi var. Biz də bu şəkildə xəbər təqdim etmək məcburiyyətində qaldıq "deyib. Araz, elektrik paylama şirkəti ilə əlaqə saxladıqlarını və problemləri aradan qaldırmaq üçün işin getdiyini cavabını aldıqlarını da ifadə edərək," Xalqı aldatmağa çalışırlar. İnəgölde 3 gündür elektrik olmayan yerlər var. Bir gün ödəməmiz gecikən kimi elektrikimizi kəsirlər. 186 nömrəli çağırış mərkəzi aradan qaldırılıb. UEDAŞ öz bildiyini oxuyur. Rayon sakinləri isə böyük bir çətinliklə qarşı-qarşıya qalıb "deyib.

Sizin Reklam Yeriniz