Əlaqə Arxiv
news Image
2015.02.04
16:45
| A A A
3 valideynli körpə

İngiltərədə uzun müddətdir müzakirə edilən "3 valideynli körpə" üsullu qanun layihəsi, İngilis Parlamentinin alt qanadı Avam Kamerasında təşkil edilən iclasda 128 rəd səsə qarşılıq olaraq 328 səslə qanun qəbul edilib.

Movqe.az xəbər verir ki, İngiltərə bundan belə 3 adamın DNT-dən istifadə edərək süni döllənmə üsulunu tətbiqə qoyacaq ilk ölkə olacaq.


"3 valideynli körpə" üsulunun məqsədi

Dünyada hər 6 min 500 körpədən biri "mitoxondrial" xəstəliklə doğulur. Mitoxondridəki pozuqluqlar da körpələrin ölümünə yol açan 50 genetik xəstəliyə səbəb olur. Eyni zamanda anadan körpəyə keçən mitoxondrial pozuqluqların uşaqda beyin zədələnməsi, əzələ atrofisi, ürək çatışmazlığı və eyni ilə korluğa da səbəb olduğu bilinir. "3 valideynli körpə" üsulunun məqsədi də insan mitoxondrisindəki pozuqluğun səbəb olduğu və müalicəsi mümkün olmayan xəstəliklərin qarşısını almaqdır.



Bəs "3 ebeveynle körpə" metod necə işləyir?

Süni mayalanma üsulunun istifadə edildiyi "3 valideynli körpə" üsulunda, xəstə ananın yumurtasındakı genetik material, sağlam mitoxondrilərə sahib donorun yumurtasına əlavə olunur və bu sayədə sağlam mitoxondri doğulacaq körpənin genlərinə daşınmış olur.


"Etik deyil" tənqidi

Bu üsulu dəstəkləyənlər, "3 valideynli körpə" sayəsində cütlərin sahib olduqları genetik xəstəliklərin uşaqlarında da görülməsinin qarşısı alınacağı və sağlam nəsillər yaradılacağını düşünür. Lakin qarşı çıxanlar da yox deyil. Onlar isə üsulun daha çox etik ölçüsü üzərində dayanırlar. Eyni ilə Anqlikan kilsəsi kimi. Kilsənin üst səviyyə səlahiyyətliləri, "etibarsız" və "etik deyil" dedikləri üsulun tətbiq olunmaması üçün hökumətə müraciət ediblər.

Sizin Reklam Yeriniz