Əlaqə Arxiv
news Image
2015.02.05
10:55
| A A A
İşarə barmağı bağlılıq göstəricisi ola bilər

İngilis elm adamlarına görə işarə barmağının uzunluğu sədaqət dərəcəsini göstərə bilir.

Movqe.az xəbər verir ki, Oxford və Northumria universitetlərindən elm adamlarının araşdırması, qadın və kişilərin işarə barmağının üzük barmağına görə uzunluğunun "sədaqət ölçüsü" ola biləcəyini göstərib. Araşdırmaya 1314 qadın və kişi qatılıb. İştirakçıların əl şəkli və əlaqədəki davranışları araşdırılıb.


Üzük barmağı uzun olan şorgöz ola bilər


Elm adamları işarə və üzük barmaqları bərabər boyda olanların daha sadiq olduğu nəticəsinə gəliblər. Üzük barmağı daha uzun olanların isə daha az seçici olduğu görülüb. Testosteron hormonunun səviyyəsinin barmaq uzunluqlarını təyin etdiyini vurğulayan elm adamları, işarə barmağının üzük barmağından daha qısa olmasının bu adamın ana qarınında bu hormona daha çox məruz qaldığı mənasına gəldiyinə diqqəti çəkib.


Ana qarınında məruz qalınan testosteron təsirlidir


Ancaq elm adamları, bunun yalnız bir araşdırma olduğunu xatırladıb. İnsanların davranışlarına təsir göstərən ətraf mühit və təcrübə kimi bir çox faktorun olduğunu ifadə edən elm adamlarından Robin Dunbar, ana qarınında məruz qalınan testosteronun isə şəxsi münasibətlər kimi qarmaşıq bir mövzuda davranışlara təsirinin çox az olduğunu vurğulayıb.


Həmin araşdırmanın nəticələri "Biology Letters" jurnalında nümayiş olunub. Daha əvvəl bəhs olunan iki barmağın uzunluğu bir çox araşdırmaya mövzu olmuşdu. Bir araşdırma üzük barmağı işarə barmağından nə qədər uzundursa bir kişinin o qədər zəngin ola biləcəyini göstərmişdi.


Sizin Reklam Yeriniz