Əlaqə Arxiv
news Image
2015.02.05
11:18
| A A A
Məhəmməd peyğəmbəri təhqir edən Nobel mükafatına namizəd göstərilib

Məhəmməd peyğəmbərin karikaturalarını çap etmiş Danimarkanın "Jyllands-Posten" qəzetinin redaktoru Fleminq Rouz Nobel sülh mükafatının nominantlarından biri olub


Movqe.az məlumat verir ki, APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, F. Rouzun namizədliyini Norveç parlamentinin üzvü Maykl Tetzşner irəli sürüb. "Mükafatın söz azadlığının yorulmaz müdafiəçisinə verilməsi onu göstərəcək ki, dinc insanlara amansız hücumlarla bu azadlığı tapdamaq istəyənlər heç vaxt uğura nail ola bilməyəcəklər", - deyə o, söyləyib.


Qeyd edək ki, "Jyllands-Posten" qəzetinin 2005-ci il 30 sentyabr tarixli sayında Məhəmməd peyğəmbərin 12 karikaturası dərc olunub. Bu, islam dünyasına böyük etirazlara səbəb olub, dünyanın bir çox yerində kütləvi aksiyalar keçirilib.

Sizin Reklam Yeriniz