Əlaqə Arxiv
news Image
2015.02.05
11:45
| A A A
Həqiqətən nə qədər yuxuya ehtiyacınız var bilirsinizmi?

ABŞ-dakı Milli Yuxu Dərnəyi (NSF) iki il davam edən araşdırmalardan sonra hər yaşdan insanın sağlam olmaq üçün gecə ortalama nə qədər yatmasının lazım olduğunu təyin etməyi bacarıb.

Movqe.az xəbər verir ki, NSF səlahiyyətliləri apardıqları araşdırmalar nəticəsində xüsusilə 17 yaşın altındakı uşaqların hesab ediləndən çox daha uzun müddət yatmağa ehtiyacı olduğunu təyin etdiklərini bildiriblər. Yuxusuzluğun insanların obezite, diyabet və ürək xəstəliklərinə tutulma riskini artırdığına diqqət çəkən mütəxəssislər, hər gün yaş qrupuna uyğun bir müddət ərzində yatan insanların daha sağlam və məhsuldar həyat yaşayacağlarını deyib.


4 aylıq körpə 17 saat yatmalıdır!

Araşdırma nəticəsində 0-4 aylıq arası körpələrin gündə 14 ilə 17 saat yatmalı olduğunu təyin edildiyi ifadə edilərkən, bu müddətin 4-11 aylıq körpələr üçün gündə 12-15 saat, 1-2 yaşlı uşaqlar üçün isə 11-14 saat olduğu açıqlanıb. 3-5 yaş arası uşaqların gündə 10-13 saat yatmalı olduğunu ifadə edən mütəxəssislər, 6-13 yaş aralığında isə bu müddətin 9-11 saata düşdüyünü ifadə ediblər.


64 yaşın üstündə 7-8 saat yuxu kafidir!

Mütəxəssislər 14-17 yaş arası yeniyetmələr üçün hər gecə 8-10 saat yatmanın kafi olduğunu, 18-64 yaş arası gənclərdə isə bu vaxtın 7-9 saata düşdüyünü bildirib. Araşdırmaçılar, 64 yaşın üzərindəki kəslərin isə hər gün yalnız 7-8 saat yataraq sağlam bir həyat yaşaya biləcəyini ifadə ediblər.


Sizin Reklam Yeriniz