Əlaqə Arxiv
news Image
2015.02.05
13:00
| A A A
5300 İllik tarixə aid olan insanda 61 döymə tapılıb!-FOTO

Atalarımızdan bizə bir çox mesaj var.

Movqe.az xəbər verir ki, 1991-ci ildə Ötztal Alplarında kəşf olunan və Ötzi adı verilən Buzadamın üzərində işlər hələ də davam edir. Aparılan son araşdırmalar 45 yaşında ölən kişi cəsədi üzərində ümumi 61 ədəd döymə olduğunu göstərib!


Bu say köhnə hesablamalarda 50 idi. Köhnə bədən üzərində nəyin döymə nəyin ləkə olduğunu təyin etmək olduqca çətin bir işdir. Ancaq bu dəfə qəti nəticəyə gəliblər.


Döymələr Ötzinin bədənində 19 bölgəyə dağılmış vəziyyətdədir.Baş bölgəsindəki döymələrin Ötziyə müalicə üçün əlavə olunduğu düşünülür.Keçmiş dövrlərdə migren kimi sancılı narahatlıqlara döymə ilə müalicə axtarış fikri heç də ehtimal olunmayacaq deyil.


Keçən yaz aparılan DNT analizləri Ötzinin qan qrupunun 0 olduğunu və bəlkə də yediyi bir şeydən təhlükəli bakteriyaya yoluxmuş ola biləcəyini göstərib.


Ötzinin ölüm səbəbinin çiyininə aldığı bir ox yarasından qaynaqlandığı düşünülür.


Sizin Reklam Yeriniz