Əlaqə Arxiv
news Image
2015.02.05
17:10
| A A A
Keçmişdən Günümüzə 19 "Cool" imza

Keçmişdən günümüzə qədər tarix səhnəsində yer alan əhəmiyyətli insanlardan bəzilərinin özlərinə xas imzaları var. Movqe.az həmin şəxsləri imzaları ilə sizə təqdim edir. Buyurun baxın.



1. 1737 - 1793 John Hancock

                                     

Tacir, dövlət adamı və Amerikan İnqilabında qabaqda gələn adamlardandır. "Massachusetts" əyalətinin də ilk valisidir. Eyni zamanda Amerika Müstəqillik Bəyannaməsinin hazırlandığı konqresinə rəhbərlik etmişdir. Həmçinin bəyannaməni imzalayanlardan biridir.


2. 1756 - 1791 Wolfgang Amadeus Mozart

                                     

Klassik Qərb Musiqisinin, ən məhsuldar və ən təsirli bəstəkarlarından biridir. Əsərləri, simfonik əsərləri, konçertoları, oda orkestralarını, pianonu, Opera və xor musiqilərinə təsir etmişdir.


3. 1856 - 1939 Sigmund Freud

                                      

Psixoanaliz təlimini inkişaf etdirmiş olan yəhudi mənşəli Avstriyalı nevropatoloqdur. Şəxsiyyətin 5 fərqli dövrdən keçərək inkişaf etdiyini deyən Psikoanalitik Quramın qurucusudur.


4. 1881 - 1973 Pablo Picasso

                                       

İspan rəssam və heykəltəraşdır. XX əsr incəsənətinin ən yaxşı tanınan rəssamlarındandır. Və Georges Braque ilə birlikdə kubizm cərəyanının əsasını qoymuşdur.



5. 1881 - 1938 Mustafa Kamal Atatürk

                                       

Türk siyasətçi, əsgər və dövlət adamıdır. Türkiyə Respublikasının qurulmasına liderlik etmiş və TBMM tərəfindən Türkiyə Respublikasının ilk prezidenti seçilmişdir.



6. 1882 - 1941 Virginia Woolf

                                       

İngilis feminist, yazar, romançı və tənqidçidir.


7. 1901 - 1966 Walt Disney

                                       


ABŞ-lı prodüser, rejissor, ssenarist, səs rejissoru və animatordur. Qardaşı Roy O. "Disney" ilə "Walt Disney" Prodakşnı qurdu və şirkəti dünyanın ən məşhur film prodüserlərindən biri oldu.


8. 1922 - 2007 Kurt Vonnegut

                                       

ABŞ-lı humanist yazardır.


9. 1928 - 1967 Ernesto Che Guevara

                                       

Argentinalı həkim, marksist siyasətçi, Kuba partizanları ilə Enternasyonalist partizanların lideri və inqilabçıdır.


10. 1929 - 1968 Martin Luther King

                                       

Afrikalı-Amerikalı Baptist keşiş və Amerika vətəndaş hüquqları hərəkatı lideridir. Dünya daxilində şiddət əleyhdarı və irqi bərabərlik fikirləriylə tanınmaqdadır. Və 1964-ci ildə Nobel Sülh Mükafatını qazanmışdır.


11. 1930 - 2012 Neil Armstrong

                                       

ABŞ-lı astronavt, Aya ilk ayaq basan insandır.



12. 1946 Donald Trump

                                       

ABŞ-lı iş adamı, idarəçi, təşəbbüskar və yazardır.


13. 1956 Mel Gibson

                                       

Avstraliya əsilli ABŞ-lı aktyor, rejissor və prodüserdir.


14. 1958 Madonna

                                        

ABŞ-lı müğənni, mahnı müəllifi, aktrisa və iş qadınıdır. Otuz ildən çox müddətdir ən əhəmiyyətli mədəniyyət simvollarından biridir. Həmçinin Madonna görülməmiş bir səviyyəyə çatmışdır və əyləncə sektorundakı qadınları idarə etməyi bacarır.


15. 1960 Diego Armando Maradona

                                         

Argentinalı futbol məşqçi və köhnə futbolçudur. Maradona, bir çox mütəxəssis, futbol tənqidçiləri, köhnə futbolçular, indiki futbolçular və futbol tərəfdarları tərəfindən dövrün ən yaxşı futbolçularından biri olaraq görülməkdədir.


16. 1961 Barak Obama

                                         

Amerika Birləşmiş Ştatlarının 44-cü dövlət başçısıdır. İlk olaraq 4 noyabr 2008-ci ildə keçirilən 2008 ABŞ prezident seçkilərində seçilmişdir.


17. 1961 - 1997 Diana Spencer

                                          

Uels Şahzadəsi Charlesin ilk həyat yoldaşıdır.


18. Banksy

                                           

İngiltərə başda olmaq üzrə müxtəlif ölkələrdə etdiyi qeyri-adi divar şəkilləriylə tanınan sənətçidir. Şəxsiyyəti, doğum tarixi və

ağılınıza gələ biləcək bir çox sualın cavabı bilinmir.


19. 1471 - 1528 Albrecht Dürer

                                           

Alman rəssam, riyaziyyatçı və mətbəəçidir. Rembrant və Goya ilə birlikdə köhnə basma sənətinin ən əhəmiyyətli adlarından biridir.

Sizin Reklam Yeriniz