Əlaqə Arxiv
news Image
2015.02.06
09:55
| A A A
Ən məşhur kütləvi intiharlar

Təəssüf ki, bəzən həyat çətinlikləri insanı intihara məcbur edir. Insan daha çox həlledilməz hesab etdiyi halların qurbanına çevrilir. Bu zaman insan psixikası son həddə olur. Demək lazımdır ki, praktiki olaraq, bütün dinlər özünəqəsdə mənfi yanaşır, lakin tarixə intiharın igidlik rəmzi hesab edildiyi hadisələr də məlumdur. Onlardan ən məşhurlarını diqqətinizə çatdırırıq.

Bali adasındakı Puputan döyüşü

Bu üsul aborigenlər tərəfindən işğalçıların zülmündən müdafiə olunmaq üçün istifadə edilib. Onlar həyatdan azad adamlar kimi gediblər. 1906-cı ildə burada rəsmi şəkildə qeydə alınmış puputanların ən böyük kütləvi intiharı baş verib. Denpasar şəhərinin sakinləri hollandiyalıları döyüşmədən və müqavimət göstərmədən şəhərə buraxıblar. Işğalçıalr racinin (o vaxtki hökmdar) iqamətgahına yaxınlaşan zaman əvvəllər görünməmiş qəribə mərasimlə rastlaşıblar. Mərasim iştirakçılarının hamısı ağ geyimdə olub və qiymətli bəzək əşyaları ilə bəzəniblər. Ali kahin heç bir xəbərdarlıq etmədən birbaşa xəncər zərbəsi ilə racinin bədənini deşib. Bundan sonra bütün mərasim iştirakçıları üstlərindəki qiymətli bəzək əşyalarını çıxarıb hollandlara tərəf ataraq özlərinə və yaxınlarına öldürücü zərbələr endirməyə başlayıblar. Indi sakinlərin kütləvi qırğın yerində xatirə abidəsi ucalır.

Kütləvi intiharın ilk aktı

Romalı sərkərdə Qay Mariy eramızdan əvvəl 102-ci ildə tevtonlar üzərində möhtəşəm qələbə çaldı. Məğlub olanlara təslim olmağı təklif etdilər: kişilər özlərinin üç yüz qadınını romalılara verməli idilər. Bu məsələ qadınlara məlum olan vaxt onlar məbəddə yaşamaq və eyni zamanda Roma tanrılarına və ilahələrinə xidmət etmək üçün imkan vermələrini xahiş etdilər. Kəskin imtinadan sonra qadınlar əvvəlcə öz uşaqlarını, sonra isə özlərini öldürdülər. Hadisə onlara qarşı təkcə başqa qəbilənin sakinlərində yox, həmçinin işğalçıların özündə şok və eyni zamanda hörmət yaratdı.

Roma tarixindən daha bir hadisə

Növbəti müharibə bizim eranın 73-cü ilində olub. Roma yəhudiləri dəfələrlə işğal etməyə çalışıb. Yəhudilər Masada qalasının divarlarını alov bürüyənə kimi qəhrəmancasına müqavimət göstəriblər. Müqavimət göstərməyin mənasız olduğunu görən vaxt 1000-ə yaxın adam əvvəlcə uşaq və qadınları, sonra isə özlərini öldürüb.

Masada qalası süqut edib və onun divarları arxasında 960 adamın cəsədi qalıb.

Dini əsasda ən məşhur kütləvi intihar

Şayiələrə görə, "Xalqlar məbədi" sektadan başqa bir şey olmayıb. Amma bunu sübut edən heç bir fakt tapılmayıb. Yəqin ki, bu, insanların hansısa bir legitim birliyi olub.

Qeyd etmək lazımdır ki, onlar cinayət fəaliyyəti ilə məşğul olmayıblar. 1978-ci ildə "Xalqlar məbədi"ndə 909 nəfərin kütəvi intihar hadisəsi baş verib.

Bunlar arasında ən dəhşətlisi 276 uşağın qurbana çevrilməsidir. Cim Cons ruhani lideri olub. Hesab edilir ki, o, əvvəlcə kalium sianidlə uşaqları zəhərləməyi əmr edib, sonra isə özünü öldürüb. Amma o, zəhərlənmə ilə yox, aldığı güllə yarasından ölüb.

Istintaq müəyyən edib ki, əmrin verilməsinə səbəb bəzi üzvlərin icmadan çıxmaq istəməsi olub. Insanlar öz istəklərini konqresmenə bildiriblər. O isə, öz növbəsində, icmaya gələrək oranı tərk etmək istəyənləri özü ilə aparmaq istəyib, lakin atışma başlayıb. Ölüm təkcə icma üzvlərini yox, həmçinin jurnalistləri və konqresmeni də haqlayıb. Sonralar "Xalqlar məbədi"nin liderinin müraciəti tapılıb. Cons müraciətdə bildirib ki, onun planlarına icmanı SSRİ-yə köçürmək daxil olub, lakin atışmadan sonra bu, mümkün olmayıb.

Ən kütləvi intihar

Bu, İkinci Dünya müharibəsi zamanı Yaponiyada baş verib. Amerikalıların əsirləri sərt işgəncələrə məruz qoyduğu barədə şayiələr geniş yayılıb. Buna görə də aşağıdakı əmri vermək barədə qərar qəbul edilib: "Əgər imperatora sadiqliyini saxlamaq istəyirsənsə, öz həyatından məhrum ol". Əmrdən sonra təqribən 22 min adam öldü. Kimsə özünü qayadan atdı, kimsə dəniz sularında boğuldu. Böyük ailələr birbaşa amerikalı hərbiçilərin gözləri qarşısında özlərini məhv edirdilər. Bu, dəhşətli mənzərə idi. Valideynlər öz uşaqlarını yarğanlardan itələyir və özləri də onların arxasınca tullanırdılar. Bu gün həmin itaətsizlik aktı ən kütləvi özünəqəsd hadisəsi hesab edilir.

Çoxlu kütləvi intiharlar Hindistanda qeydə alınıb

Qeyd etmək lazımdır ki, kütləvi intiharlar daha çox məhz Hindistanda baş verir.

Bu, Çittorqarh sakinləri üçün əsirlikdən qaçmaqda tam təbii üsul olub. Hindlilər inanırdılar ki, bu üsul müharibədən daha yaxşıdır.

Döyüşün uduzulduğu məlum olan vaxt sakinlər kütləvi şəkildə özlərini yandırmağa başlayıblar. Tonqal yandırıldıqdan sonra onun içərisinə ilk olaraq qadın və uşaqlar daxil olublar. Onlar yandıqdan sonra kişilər tam ümidsizliklə ölümcül və son döyüşə atılıblar.

Sizin Reklam Yeriniz