Əlaqə Arxiv
news Image
2015.02.06
09:55
| A A A
İlk qadın məscidi açılıb

ABŞ ərazisində yalnız qadınların ibadət edə billəcəyi ilk məscid Los-Ancelesdə fəaliyyət göstərməyə başlayıb.

Qadın məscidinin təsisçisi xanım Hasna Məznəvi bildirib ki, bunu hələ uşaq vaxtlarından arzu edib. Bütün ömrü boyu qadınların ibadət etməsi üçün, adətən, namünasib və ölçülərinə görə kişilərə ayrılan yerdən kiçik və eyni zamanda ayrıca yerin verilməsi ona ədalətsiz görünüb. Məznəvi öz mülahizələrində Qurana əsaslanır. Orada qadınların ayrıca ibadət etməsi haqda heç nə yazılmayıb.

ABŞ-da ən böyük məscidin, Diborn şəhərindəki Amerika İslam Mərkəzinin rəhbəri, imam Həsən Qəzvini Hasna Məznəviyə dəstəyini bildirib. "Düşünürəm ki, bu, cəsarətli və qətiyyətli addımdır və hesab edirəm ki, bütün müsəlmanlar buna hörmət etməlidirlər"- o bildirib.

Sizin Reklam Yeriniz