Əlaqə Arxiv
news Image
2015.02.06
10:00
| A A A
“Ağıllı” bilərzik xərçəngi erkən mərhələdə aşkar edəcək

Google şirkətinin əməkdaşları xərçəng hüceyrələrini xəstəliyin erkən mərhələlərində, həmçinin başqa ağır xəstəliklərin ilk əlamətlərini aşkar edə bilən bilərziyin hazırlanması ilə məşğul olurlar. Bilərzik həblərlə birlikdə işləyəcək- o, insanın orqanizmində müxtəlif xəstəliklərin əlamətlərini izləyən nanohussəcikləri yayacaq. Əgər nanohissəciklər şübhəli hüceyrələr aşkar edirsə, onlar "işıqlanır", bilərzik buna reaksiya verir və informasiyanı qeydə alır. Bu işıqlanmanın bilərziyə çatdığına inanmaq üçün alimlər həm sintetik dəri, həm də donorların dərisi üzərində eksperimentlər keçiriblər. Bu zaman müxtəlif etnik qrupa məxsus olan, müxtəlif piqmentasiyalı və dəri örtüyünə malik insanların dərisinin xüsusiyyətləri nəzərə alınıb.

Bilərziyin hazırlanması hələlik erkən mərhələdədir. İxtiranın bütün sınaqlardan keçərək öz real pasientlərinə çatmasına qədər isə hələ on illərlə vaxt lazımdır. Qeyd edək ki, bu, Google şirkətinin tibb sahəsində yeganə layihəsi deyildir. Belə ki, ötən ilin qışında şirkət diabet xəstələri üçün "ağıllı" kontakt linzaları tədqim etmişdi. Bu cür linzalar göz yaşını analiz edərək orqanizmdə qlükozanın miqdarını müəyyən edir.

Sizin Reklam Yeriniz