Əlaqə Arxiv
news Image
2015.02.06
10:05
| A A A
Qızılı hazırlamaq olarmı?

Belə çıxır ki, əlkimyaçıların oksidləşən metalları qızıla çevirməklə bağlı əbədi arzularını həyata keçirmək tam mümkündür. Doğrudur, bunu etmək üçün nüvə kimyasının gücü lazımdır. Məlumdur ki, nüvə reaktorunda müəyyən elementlər digərinə, məsələn, uran plutoniuma, kükürd xlora, dəmir nikelə çevrilir. Orada süni qızıl da hazırlamaq olar. Bu cür sintetik "qiymətli metal" amerikalı fiziklər tərəfindən 1947-ci ildə alınıb və bunu sübut etmək üçün indi Çikaqo Elm və Sənaye Muzeyində saxlanılan 100 mq civədən alınmış 35 mkq qızılı göstərmək olar. Süni qızılın alınması üçün daha münasib üsul yaxın elementlərin (civə və platin) bəzi izotoplarının radioaktiv parçalanması lazımdır. Məlumdur ki, platini qızıla çevirməyin mənası yoxdur, çünki o, qızıldan bahadır. Qızıl-197-ni (qızıl izotopunun yeganə sabit izotopu) beta-şüalar buraxan civə-197-dən almaq olar. Bu isə çox az miqdarda "nəcib metal" almağa imkan verən hədsiz dərəcədə bahalı və intensiv əmək tələb edən işdir. Nəticədə sintetik qızılın qiyməti inanılmaz dərəcədə yüksək olur və bunun istehsalı hesabına varlanmaq mümkün deyildir. Başqa cür nüvə reaksiyaları isə yalnız xarici görünüşcə təbii qızıldan fərqlənməyən qeyri-sabit qızıl izotoplarının yaranmasına səbəb olur, bu isə bir neçə gün ərzində göz qabağında civə damcılarına çevrilir.

Sizin Reklam Yeriniz