Əlaqə Arxiv
news Image
2015.02.05
20:00
| A A A
Məşhur rəssamın əsərləri satış rekordu qırdı: bir saata beş əsər və 83,8 milyon dollar

Londonda hərraca çıxarılan və bir saat ərzində satılan Klod Monenin beş əsəri "Sotheby's" hərracında rekord müəyyən edib. Satılan əsərlərin ümumi məbləği 55,7 milyon funt (83,8 milyon dollar) olub. Movqe.az bildirir ki, Trend bu barədə BBC-yə istinadən xəbər verir.


"Venesiyada Qrand kanalı" əsəri hərracın ən bahalısı olub və 23,7 milyon funta (35,6 milyon dollara) alınıb. "Jivernada qovaqlar" şəkli 10,7 milyon funta (16,2 milyon dollara), "Sahil" 10,2 milyon funta, "Salis bağlarından Antibə mənzərə" 8,7 milyon funta, "Pionlarla güldan" 8,7 milyon funta satılıb.


Həmin gün satışlardan əldə olunan ümumi gəlir 186,4 milyon funt (280,2 milyon dollar) təşkil edib ki, bu da bir gün ərzindəki satış üçün rekorddur.


Sizin Reklam Yeriniz