Əlaqə Arxiv
news Image
2012.08.02
14:00
| A A A
Səudiyyə Ərəbistanlı qadınlar necə yaşayır?
2012 London Olimpia Oyunlarında baş verən hicab problemi ilə Səudiyyə Ərəbistanlı qadınların həyatları yenidən dünya gündəminə gəldi. Movqe.Az bildirir ki, İngilis foto müxbir Olivia Artur "Newsweek" jurnalı üçün bir müddət Səudiyyə Ərəbistanlı qadınlarla birlikdə yaşayıb və onların bilinməyən həyatlarını üzə çıxardıb. Ölkədə din polisi, davamlı olaraq küçələri, parkları, marketləri gəzərək qadınların yanında bir kişi olub olmadığına, düz geyinib giyinmədiklərinə nəzarət edir. Bu təzyiq qadınların həyatlarını bağlı qapılar arxasında yaşamasına səbəb olur. İctimai yerlərdə sərbəst gəzə bilməyən ərəbistanlı qadınlar əyləncələrini öz evlərində keçirirlər. Gecələr bəzən mərasimlər təşkil edirlər, bəzən saatlarla söhbət edib əylənirlər. Ərəbistanlı qadınların yeni mübarizəsi isə istədikləri kimi avtomobil sürə bilmə hüququnu əldə edərək azad yaşamaqdır.



Sizin Reklam Yeriniz