Əlaqə Arxiv
news Image
2015.02.06
12:40
| A A A
Bozun Əlli Çaları-VİDEO

Erotik səhnələrin çox danışılacağı məlum idi ancaq təqdimat günü üçün gün sayan "Bozun Əlli Çaları" filmi üçün pis xəbər gəldi.


Movqe.az xəbər verir ki, 13 Fevralda kino teatrlarda yerini alacaq olan film Malayziyada qadağan edilib.Malayziya Film Senzura heyyəti, filmin nümayişə verilməsinə icazə verməyib. Heyyət, "Bozun Əlli Çaları"nın bir filmdən çox "pornoqrafiyaya" bənzədiyinə diqqət çəkib.

Filmin "təbii olmayan cinsi məzmuna" sahib olduğunu ifadə edən qurul, səhnələri "sadistcə" olaraq xarakterizə edərkən, istehsalın "yatağa bağlanmış və qamçılanmış bir qadın" görüntüləri ehtiva etdiyini vurğulayıb.

Pərəstişkarları tərəfindən maraqla gözlənilən, "Bozun Əlli Çaları2 trilogiyasının ilk kitabı eyni adla təqdimata uyğunlaşdırılıb.


Film haqqında, aktyor və mahnı seçimlərindən, kitabda yer alan erotik səhnələrin çəkilib çekilməyəcəyinə qədər hər cür mövzu gündəmə gəlmişdi.

 

Filmin mövzusu belədir: Anastasia Steele, öz halında, bir az problemli, həyatını zorla da olsa dolandırmağa çalışan ümidli bir gənc qadındır.

Bir gün ən yaxın yoldaşı xəstə olduğu üçün əhəmiyyətli bir iş adamıyla repartaja gedə bilmir və Anastasianı onun yerinə getməyə razı salır.

Christian Grey isə, gənc yaşına baxmayaraq, iş həyatında olduqca əhəmiyyətli bir mövqeyə və gücə malikdir.

 

Yaraşıqlı, müvəffəqiyyətli və varlı Grey, kənardan baxıldığında ideal bir xarakter kimi görünsə də, şəxsi həyatı qeyri-adi bir vəziyyətdədir.

Bir- birlərinə tamamilə zidd iki xarakterin qarşılaşmasında Grey üçün Anastasia qurtuluş olarkən, Anastasia üçün Grey heç bilmədiyi dünyalara açılan qapı olacaq.

Filmin təqdimat tarixi yaxınlaşdıqca, yeni fraqmentlər də təqdim olunmağa davam edir. Budur son olaraq paylaşılan bir səhnə ...
Christian, Anastasiyaya romantizmi anlamadığını başa salır ...

Sizin Reklam Yeriniz