Əlaqə Arxiv
news Image
2015.02.06
13:20
| A A A
Hamilə arvadını yeyəni öldürdü - FOTO

Uqandadakı Kyoqa gölünün sahilindəki kəndlərdən birinin sakini, 28 yaşlıDemetriya Nabire adlı qadın sahildə paltar yuyanda onu nəhəng timsah parçalayaraq yemişdi.
 

Olay 4 ay əvvəl baş vermişdi.

Mövqe.Az BBC News-a istinadən bildirir ki, Demetriya Nabire hamilə idi.
 

Qadını parçalayıb yemiş timsahı qadının əri, balıqçı Mübarək Batambuzeöldürüb.

Timsahı görən Mübarək kəndlilərin yardımı ilə yırtıcını daşlayıb, dəyənəklərlə vurub. Amma timsah çox güclü idi.
 

50 yaşlı balıqçı hirslənib, "Doğulmamış övladımın, hamilə arvadımın qatili!" bağıraraq timsaha hücum çəkib.
 

O, kəndlilərdən balta istəyib. Kəndin dülgəri də Mübarəkə uzun saplı dəhrə verib, amma "Buna görə mənə 5 dollar verməlisən!" söyləyib.

Batambuzenin timsahla mübarizəsi 1,5 saat çəkib və sonucda o, yırtıcını öldürə bilib.
 

"Arvadımı və doğulmamış uşağımı yedi. Həmin gün dünyam çökmüşdü. Özümü tam itirmişdim", - balıqçı deyib.
 

Uzunluğu 4 metr, çəkisi 600 kq olan timsahın qarnı yarılanda orada ayaq sümükləri tapılıb.
 

Mövqe.Az

Sizin Reklam Yeriniz